Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








06 Dek
2018
12:14
246



Dillər Universiteti Konfutsi İnstitutlarının XIII Ümumdünya Konfransında iştirak edib

Dekabrın 4-5-də Çinin Çendu şəhərində dünyanın 140 ölkəsindən 2 minə yaxın iştirakçı - Konfutsi sinifləri və təşkilatlarının nümayəndələrini bir araya gətirən Konfutsi İnstitutlarının XIII Konfransı keçirilib. Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Li Jihua da konfransda iştirak edib.

Universitetdən XeberOxu.Az-a verilən məlumata görə, konfransın bölmələrində Konfutsi İnstitutlarının idarə edilməsinin təkmilləşdirilməsi, Çində təlim keçmiş müəllimlərin hazırlanmasında keyfiyyətin yaxşılaşdırılması, "Çin dili körpüsü" proqramının həyata keçirilməsi, regional Konfutsi İnstitutları ilə ikitərəfli əməkdaşlığın inkişafı Çin və xarici gənclər arasında mədəni mübadilə, rəqəmsal Konfutsi İnstitutunun yaradılması layihələrinin həyata keçirilməsi müzakirə olunub.

ADU Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Rafiq Abbasov qeyd edib ki, Ümumdünya Konfransı Konfutsi İnstitutlarının təcrübəsini, digər ölkələrin həmkarları ilə əməkdaşlıq perspektivlərini və əməkdaşlıq sahələrini özündə birləşdirməyə imkan verib.

R.Abbasov həmçinin əminliklə bildirib ki, Ümumdünya Konfransında Konfutsi İnstitutunun işini mədəni fəaliyyətinin effektivliyini artıracaq, İnstitutun akademik tədqiqatlarda və peşə hazırlığında rolunu gücləndirəcək, ADU-nun Konfutsi İnstitutu ilə Azərbaycanın digər universitetləri arasında "Konfutsi Araşdırmaları Proqramı" sayəsində əməkdaşlığı inkişaf etdirəcək, Konfutsi İnstitutunun "Təhsil Proqramı" effektivliyini artıracaq, Konfutsi İnstitutunun ictimai imicini yaxşılaşdıracaq.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Cəmiyyət xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]