Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Iyul
2019
06:30
1026

17
Iyul
06:30



Diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib

15-16 iyul tarixlərində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirə çərçivəsində regional və tematik mövzular üzrə seminar müzakirələr keçirilib.

XeberOxu.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Xarici İşlər nazirinin müavinləri Xələf Xələfov, Ramiz Həsənov, Mahmud Məmməd-Quıiyev, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, ölkəmizin xaricdə akkreditə olunmuş diplomatik nümayəndəliklərimizin rəhbərləri, eləcə də XİN-in digər rəsmiləri iştirak ediblər.

Müzakirələr zamanı xarici siyasətimizin müxtəlif aspektləri və üzləşdiyi çağırışlar barəsində geniş fikir mübadiləsi aparılıb. Xarici siyasət sahəsində işin səmərəliliyinin artırılması və əlaqələndirmənin gücləndirilməsi məqsədilə tövsiyələr hazırlanıb.

Eyni zamanda, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərkəzin fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Sonda bu tədbirin keçirilməsinə görə iştirakçılar tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə və onun rəhbərinə təşəkkür ifadə edilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az