Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
11:50
204

08
Noy
11:50



Dmitri Peskov: Rusiya Napoleonun generalının nəşini Fransaya təhvil verməyə hazırdır

Rusiya tərəfi Fransadan müraciət daxil olacağı təqdirdə Smolenskdə tapılmış Napoleon Bonapartın generalı Sezar Güdenin nəşini fransızlara təhvil verməyə hazırdır.

XeberOxu.Az-ın məlumatına görə,   AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Mətbuat katibi əlavə edib ki, Moskva fransız generalın nəşinin Parisə göndərilməsinə hər cür kömək edə bilər. Onun sözlərinə görə, Prezident Vladimir Putin bu məsələni bilir və ona Smolenskdə tapılmış insan cəsədi qalıqlarının Napoleonun generalı Sezar Şarl Etyen Güdenə aid olması barədə DNT analizinin nəticələri barədə məlumat verilib. Rusiya Prezidentinin mətbuat katibi deyib: “Bu məsələdə bizim və Fransanın arxeoloqları həqiqətən əla iş nümayiş etdiriblər: onlar sənədləri araşdırıb, birgə qazıntı aparıblar”.

Rus-fransız arxeoloji ekspedisiyası 2019-cu ilin mayından Smolenskdə qazıntılar aparıb. İyulda tarixçi, Fransa-Rusiya Tarix Təşəbbüslərinin İnkişafı Fondunun prezidenti Pyer Malinovski bəyan edib ki, 1812-ci ildə Napoleonun qoşunları ilə döyüşün baş verdiyi ərazidə qazıntılar zamanı Güdenin olduğu ehtimal edilən cəsəd qalıqları tapılıb.

Sezar Güden Napoleon ordusunda diviziya komandiri olub. Valyutina dağı ətəyində döyüşlər zamanı ağır yaralanan general Smolenskdə vəfat edib.


 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az