Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



25 Iyun
2019
14:51
927

25
Iyun
14:51



Dövlət Turizm Agentliyi bələdçiləri vahid sistemdə qeydiyyatdan keçirməyə başlayıb

Dövlət Turizm Agentliyi tabeliyində olan qoruqlara turlar təşkil edəcək bələdçiləri Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının vahid sistemindən qeydiyyatdan keçirməyə başlayır.

Agentlikdən XeberOxu.az-a verilən məlumata görə, iyulun 31-dək davam edəcək qeydiyyat prosesinin tətbiqində məqsəd xarici turistlər üçün Agentliyin tabeliyində olan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla), “Kiş” Tarix-Memarlıq Qoruqlarına turlar təşkil edəcək turizm agentliklərinin nümayəndələrini və bələdçilərini bu qoruqlara yerli ziyarətçilər üçün nəzərdə tutulan giriş haqqından (2 manat) azad etməkdir.

Bu addımın məqsədi həm də Azərbaycandakı müxtəlif turist qrupları ilə çalışan bələdçilərin peşə standartlarını təkmilləşdirmək, ölkəmizi ziyarət edən yerli və əcnəbi turistlərə keyfiyyətli xidmətin göstərilməsinə zəmin yaratmaqdır.

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası turizm agentlikləri nümayəndələrinin və bələdçilərin qeydiyyat zamanı daxil edəcəkləri məlumatların təhlükəsizliyinə və şəxsi icazələri olmadan üçüncü tərəfə ötürülməyəcəyinə təminat verir.

Agentlik xəbərdarlıq edir ki, iyulun 31-dək qeydiyyatdan keçməyən turizm agentlikləri nümayəndələri və bələdçilər avqustun 1-dən adları sadalanan qoruqlara 2 manat ödəməklə daxil ola biləcəklər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az