Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








04 Dek
2018
20:25
165



Dövlətə külli miqdarda ziyan vuran sahibkarın məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

XeberOxu.Az-ın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində ifadə verən "RİCH" firmasının təsisçisi İbrahim Səfərov qeyd edib ki, o "Azərbaqqaliyə" TTK-dan bir neçə dəfə şəkər tozu alıb: “Xaricdən mal almaq üçün isə pulu Emil Xəlilova verirdik. O da ölkəyə gətirdiyi malı "Azərbaqqaliyə" TTK-ya satırdı. Lakin sonuncu dəfə Emil bizi aldatdı. O mənə 675 min manat zərər vurdu”.

Məhkəmə prosesi dekabrın 6-da davam etdiriləcək.

İttihama görə, E.Xəlilov 1996-1999-cu illərdə faktiki rəhbərlik etdiyi "AİA", "Emil-96", "Titanus" və digər firmalarla keçmiş Ticarət Nazirliyinin "Azərbaqqaliyə" TTK arasında müqavilələr bağlayaraq ölkəyə şəkər tozu gətirəcəyini bildirib. Lakin dövlət tərəfindən ayrılan vəsaiti ələ keçirib. Həmçinin "RİCH" firmasına da şəkər tozu gətirmək vədi verib. E.Xəlilovun vurduğu zərər ümumilikdə 3 milyon 381 min manatdır.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (sənədləri məhv etmə) maddələri ilə ittiham edilir.

Uzun müddət beynəlxalq axtarışda olan E.Xəlilov bu il avqustun 8-də Ukraynada həbs edilib və Azərbaycana ekstradisiya olunub.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər HADiSƏ xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]