30 Iyun
2020
07:52
1190

30
Iyun
07:52



Dünya əhalisinin çoxu koronavirus təhlükəsini şişirdilmiş hesab etmir

Planetimizin əhalisinin əksəriyyəti bu fikirdədir ki, koronavirus təhlükəsi şişirdilməyib.

XeberOxu.Az-ın məlumatına görə,  AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Romir” holdinq və Gallup International tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, aprel ayı ilə müqayisədə koronavirus təhlükəsini şişirdilmiş sayan insanların sayı 33 faizdən 41 faizə yüksəlib. Buna baxmayaraq, təhlükəni şişirdilmiş sayanların sayı mart ayında qeydə alınan göstəricidən (49 faiz) az olub. Respondentlərin əksəriyyəti (54 faiz) əvvəlki kimi təhlükənin ciddiliyinə inanır.

Koronavirus təhlükəsinin şişirdildiyinə ən çox Bosniya və Herseqovinada (66 faiz), Qazaxıstanda (61 faiz), Moldovada və Bolqarıstanda (hər birində 58 faiz), ən az isə Böyük Britaniyada və Cənubi Koreyada (hər birində 15 faiz), həmçinin Yaponiyada (18 faiz) inanırlar.

Sorğunun nəticələri insanların 67 faizinin özlərinin və yaxınlarının sağlamlığından ciddi narahat olduğunu göstərib.

Yoluxmadan ən çox Cənubi Koreyada (86 faiz), Filippində (84 faiz) və Honkonqda (80 faiz), ən az isə Avstriyada (42 faiz), Qazaxıstanda (46 faiz) və Bolqarıstanda (51 faiz) qorxurlar.


 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu







Şəxsi avtomobillərdən hansı halda və necə istifadə edilə bilər?







Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib







Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır


Digər Dünya xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.