XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



24 Noy
2022
15:16
146
24
Noy
15:16



Dünyada saatda 5-dən çox qadın ÖLDÜRÜLÜR

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, keçən il dünyada təxminən 81,100 qadın öldürülüb. Bu qadınların təxminən 45.000-i həyat yoldaşları, sevgililəri və ya ailə üzvləri tərəfindən qətlə yetirilib. 

Xeberoxu.Az "Unikal"-a istinaən xəbər verir ki, 25 Noyabr Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Mübarizə Günü ilə əlaqədar BMT-nin Qadınlar İdarəsinin hazırladığı hesabat ictimaiyyətlə paylaşılıb.

Hesabatda genderlə bağlı qətllərin qarşısının alınmasında dünya miqyasında çox az irəliləyiş əldə edildiyi, lakin bu istiqamətdə daha möhkəm və daha sürətli addımların atılmasının vacibliyi vurğulanıb.

Qadınlara və qızlara qarşı zorakılığın ən çox görülən insan haqları pozuntusu olduğu vurğulanan hesabatda qadın və qızlara qarşı gender zəminində qətllərin qarşısının lazımi addımlarla alına biləcəyi vurğulanıb.

Hesabatda ötən il 81 min 100 qadın və ya qızın qəsdən öldürüldüyü, son 10 ildə qadın qətllərində azalma olmadığı, qadın və ya qızlara qarşı törədilən cinayətlərin əksəriyyətinin cinsiyyət əsaslı olduğu bildirilib.

Hesabatda qeyd olunub ki, ötən il dünyada təxminən 45 min qadın və ya qız həyat yoldaşı, sevgilisi və ya ailə üzvü tərəfindən öldürülüb. Bu o deməkdir ki, hər 60 dəqiqədə 5-dən çox qadın öldürülür.

Maraqlıdır ki, ötən il həyat yoldaşının, sevgilisinin və ya ailə üzvünün qətlinin qurbanı olan qadın və ya qızların sayı Asiya və Afrikada kifayət qədər çoxdur. Hesabata görə, qadınların həyat yoldaşları, sevgililəri və ya ailə üzvləri tərəfindən törədilən 45 000 qətlinin 17 800-ü Asiyada, 17 200-ü isə Afrikada qeydə alınıb.

Lakin əhali nisbətini nəzərə alsaq, həyat yoldaşının, sevgilisinin və ya ailə üzvlərinin qətlinin qurbanı olan qadın və qızların sayı Afrikada 100 min qadına 2,5, Amerika qitəsində 1,4, Asiyada isə 0,8 təşkil edir.


Xeberoxu.az

Məqalə:     ##Dünyada    ##qadın    ##ÖLDÜRÜLÜR  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Dünya xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.