23 Fev 2021
07:00
![]() |
23
Fev 07:00
![]() Efiopiyada “İRS” jurnalının növbəti sayı nəşr edilib “İRS” jurnalının Efiopiyada Amhar dilində növbəti buraxılışı nəşr olunub. Jurnalın bu sayında Azərbaycan maddi-mədəni irsinə, qədim tarixinə, müasir inkişafına, ədəbiyyatına, dünya siyasətindəki uğurlarına, görməli-gəzməli yerlərinə həsr olunmuş məqalələr yer alıb. Jurnal baş redaktor Musa Mərcanlının giriş sözü ilə açılır. Azərbaycanın Efiopiyadakı səfirliyindən bildiriblər ki, jurnalın budəfəki buraxılışında diqqəti çəkən əsas məqalə Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın tacı və hərbi-strateji əhəmiyyətə malik qədim şəhəri Şuşaya həsr olunub. “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!” 2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevdən aldığımız bu xəbərin sevincini, qürurunu izah etmək çox çətindir. 28 il sonra Şanlı Azərbaycan Ordusu tərəfindən azad olunan Şuşa haqqında tarixi-etnoqrafik məqalə efiopiyalı oxucular arasında marağa səbəb olacaqdır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi və möhtəşəm sammit keçirməsi Afrikanın paytaxtı Əddis-Əbəbədə yüksək qiymətləndirilib. Bu Hərəkat və tədbirlə bağlı hazırlanan yazı Azərbaycan xarici siyasətinin uğuru kimi oxucuların diqqətinə çatdırılır. Azərbaycan-Efiopiya əlaqələrinin tarixi lap qədimlərə gedib çıxır. 12-ci əsrdə yaşamış Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan şair Mücirəddin Beyləqaninin anası həbəş mənşəli olub. Dahi sənət ustası Rəşid Behbudov Efiopiyada uzunmüddətli səfərdə olmuş və bu ölkənin populyar mahnılarını ifa edib. Hər iki tanınmış şəxsiyyət haqqında məqalələr də “İRS”in bu sayında oxuculara təqdim olunur. Jurnalın bu sayında efiopiyalı və azərbaycanlı müəlliflərin Bakı, Şəki və Azərbaycanın digər gəzməli-görməli yerləri haqqında maraqlı məqalələri dərc olunub. Zəngin foto-illüstrativ materiallarla əhatə olunan bu yazılar bir daha göstərir ki, Azərbaycan turizm baxımdan çox cəlbedici və maraqlı ölkədir. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 4 nəfər saxlanılıb
Bakıda 20-dən artıq şəxsin pulunu bankomatdan oğurlayan şəxs yaxalandı
Şirvanda minik avtomobili yanıb
|