# EVDƏQAL
# EVDƏQAL



25 Mart
2020
19:45
1093

25
Mart
19:45



Ehtiyatda olan polkovnik: Azərbaycanla münasibətləri nizamlamayınca Ermənistan problemlər məngənəsindən xilas olmayacaq

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərsə də, ordumuzun ön xətdəki bölmələri tərəfindən layiqincə cavabını alıblar.

Təmas xəttindəki son vəziyyəti Xeberoxu.az-a şərh edən ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə bildirib ki, hadisələr Azərbaycan Ordusunun döyüş növbəsində ayıq-sayıq dayandığını, düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə almağa hazır olduğunu bir daha nümayiş etdirir. Heç kəsə sirr deyil ki, Azərbaycan Ordusu Ermənistan ordusundan qat-qat güclüdür və bunu beynəlxalq hərbi ekspertlərin tərtib etdiyi reytinq siyahıları da sübut edir:

"Ermənistanda son zamanlar baş verən siyasi və hərbi hadisələri izləyərkən görünür ki, populist şüarlarla hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan möcüzə gözləyən kütlələrin etimadını doğrultmadı və o, yerli əhali arasında nüfuzunu getdikcə itirir.

Bu ölkədə iqtisadi problemlər getdikcə dərinləşməkdədir. Ermənistan ordusuna gəlincə, deməliyəm ki, hərbi hissələrdə nizamnamədən kənar münasibətlər nəticəsində hadisə və cinayətlər, ölüm, fərarilik halları baş alıb gedir. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrində xidmət şəraiti acınacaqlı olaraq qalır. Təbii ki, bu proseslər döyüş qabiliyyətinin aşağı olmasını göstərən amillərdir.

Onu da əlavə etmək lazımdır ki, bu ölkədə koronavirus infeksiyası sürətlə yayılmaqda və nəzarətdən çıxması təhlükəsi artmaqdadır. Bütün bunlara görə yerli ekspertlər həyəcan təbili çalır, ciddi böhran kimi dəyərləndirir, eyni zamanda Paşinyan rejiminin ciddi imtahan qarşısında olduğunu söyləyirlər. Əgər bu imtahandan hakimiyyət çıxa bilməsə, erməni əhalini ciddi sınaqlar gözləyir. Hadisələrin gedişi göstərir ki, populist rejim bu sınaqlardan çıxmağa hazır deyil.

Ermənistanda vəziyyətin mürəkkəbliyini baş nazir də dərk edir. Ona görə təmas xəttində təxribat cəhdi Ermənistanın ağır günlərində yerli əhalinin diqqətini ölkədaxili problemlərdən yayındırmağa hesablanıb. Hərbi-siyasi rejim koronavirus infeksiyasının tüğyan etdiyi Ermənistanda əhalini sakitləşdirmək, iqtisadi böhrandan diqqəti yayındırmaq üçün cəbhə xəttində uğursuz cəhdlərə əl atır.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan torpaqlarının işğalı İrəvan üçün ağır yükə çevrilib və bu "ballastdan" azad olmayınca, işğal edilmiş əraziləri tərk etməyincə, bir sözlə, Azərbaycanla münasibətləri nizamlamayınca Ermənistan problemlər məngənəsindən xilas olmayacaq".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb







Ramil Həsən: Hər evdən çıxma, kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir







Evdə qal və əməliyyatları Müştəri Bank-la et!







XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.