XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



24 Noy
2022
17:01
132
24
Noy
17:01



Elektron siqaret bu təhlükəli xəstəliklərin riskini artırır – XƏBƏRDARLIQ
Zəhərli toksidli maddələr ikincili, üçüncülü tütün tüstüsü kimi çox təhlükəlidir, hətta ölümə doğru sürükləyir. Bir çox hallarda tütün bəlasından yaxa qurtarmaq istəyən insanlar elektron siqaretə üz tuturlar. Xüsusilə gənclər arasında elektron siqaretdən istifadə etmək vərdişi çox sürətlə yayılır.

Bəzən gənclər elə düşünürlər ki, elektron siqaretlər ənənəvi siqaretlərdən daha az zərərlidir. Bəziləri isə bunu siqareti tərgitməyin ən səmərəli üsulu kimi qəbul edir. Əslində isə bu, heç də belə deyil. Tütün dumanlı siqaretlərdən də bahalı olan elektron siqaretlər ürək-damar və onkoloji xəstəliklər riskini artırır.Belə ki, mütəxəssislər bunun zərərləri barədə həyəcan təbili çalsalar da, insanlar istifadə etməkdə davam edirlər. Ən pisi isə odur ki, elektron siqareti daha zərərsiz hesab edənlər var və onlar qapalı yerlərdə əyləşərkən də ondan istifadə etməkdə problem görmürlər. Bəs, qapalı məkanlarda siqaret çəkmək qadağan olduğu halda, həmin yerlərdə elektron siqaret çəkmək olarmı? 

Xeberoxu.Az xəbər verir ki,Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, elektron siqaretlər batareya ilə işlədiyinə görə, anidən alışma, partlama halları ola bilər: 

“Bu, praktikada görülmüş haldır. Ona görə ehtiyatlı olmaq lazımdır. Eyni zamanda nəzərə almalıyıq ki, elektron siqaretin də tüstüsündən narahat olan insanlar var. Buna görə xüsusi olaraq ayrılmış yerlərdə, açıq havada çəkilməsi daha məqsəduyğundur”.

Qapalı məkanlarda adi siqaretdən istifadəyə qaldıqda isə, ekspert xatırladıb ki, tütün məmulatlarının istifadəsi zamanı yanğın təhlükəsi yaratdığını unutmamalıyıq:

“Siqaretin alışdırılması zamanı açıq oddan istifadə olunur ki, bu da yanğın əmələ gəlməsi üçün potensial vəziyyət yaradır. Ona görə siqaretin qapalı məkanda çəkilməsi, söndürülmədən atılması yolverilməzdir”.

Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər SOSİAL xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.