17 Yan
2020
19:57
1683

17
Yan
19:57



Rəsmi Moskvadan Qonçarukun istefasına zarafatyana münasibət

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Baş Naziri Aleksey Qonçarukun istefa xəbərinə zarafatyana münasibət bildirib.

Xeberoxu.Az-ın xəbərinə görə, o, öz feysbuk hesabında Qonçarukun istefası barədə zarafat edərək, Ukrayna rəsmisinin rus həmkarı, Rusiyanın sabiq Baş Naziri Dmitri Medvedevdən nümunə götürərək vəzifəsindən getməyə qərar verdiyini bildirib.

“Bax, indi “qardaş xalq” ifadəsinin nə demək olduğunu başa düşdüm”, - deyə Zaxarova qeyd edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Dmitri Medvedevin rəhbərlik etdiyi hökuməti yanvarın 15-də istefa göndərib. Yanvarın 16-da Baş Nazir postuna Mixail Mişustin təyin olunub.

Putinin sərəncamı ilə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsi yaradılıb və Medvedev sözügedən posta rəhbər gətirilib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.