24 Yan
2020
11:53
1133

24
Yan
11:53



Bu qadın məktəblərdə qızları oğurlamaq istəyir? - Rəsmi açıqlama

Bakı Şəhər Baş Polis İdarəsi paytaxt məktəblərində uşaq oğurluğuna cəhd olunması barədə yayılan məlumatlarla bağlı araşdırmalar aparır.

Xeberoxu.az-ın verdiyi xəbərə görə, sosial şəbəkələrdə yayılan məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 96 və 67 saylı orta məktəblərin qarşısında valideynlər şübhəli bir qadın görüblər. Onun azyaşlı qızlara yaxınlaşaraq telefon verəcəyi vədini verib yaxınlıqdakı maşına aparmaq istədiyi iddia olunur.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar Bakı şəhər Baş Polis İdarəsinin nəzarətinə götürülüb: “Tərəfimizdən müvafiq araşdırmalar aparılır”.

Qeyd edək ki, dünəndən sosial şəbəkələrdə bu foto paylaşılaraq qadının 3 kişi ilə bərabər qızları oğurlamağa cəhd etdiyi bildirilir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.