Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



20 Noy
2020
23:02
990
20
Noy
23:02



Energetika naziri Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeni qəbul edib.

Energetika Nazirliyindən  XeberOxu.Az-a bildirilib ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edərək, ona uğurlar arzulayan nazir Azərbaycan və Pakistan arasındakı möhkəm dostluq münasibətlərini qeyd edib, Ermənistanın hərbi təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı Pakistanın daim Azərbaycanın yanında olmasını və haqlı mübarizəsini dəstəkləməsini yüksək qiymətləndirdiyini bildirib, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında Pakistanın verdiyi mühüm siyasi, mənəvi dəstəyə və qəti mövqeyinə görə təşəkkürünü bildirib.

Səfir Bilal Haye öz növbəsində Azərbaycan hökumətini və xalqını böyük qələbə münasibətilə təbrik edib, Pakistanın hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini bildirib. Səfir hərbi əməliyyatların dayandırılması barədə tərəflər arasında imzalanmış bəyanatı alqışladığını, bu sənədin bölgədə sabitliyə və inkişafa yol açacağına inamını vurğulayıb.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında enerji sahəsində əməkdaşlıq haqqında Sazişdən irəli gələn məsələlər nəzərdən keçirilib, enerji sektorunda investisiya imkanları və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda kommunal tipli yaşayış binasında yanğın olub







Astarada torpağa basdırılmış narkotik aşkarlandı







Bakıda "Opel" yanıb







Bakıda bir nəfər köməksiz qaldı


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.