Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 Iyul
2019
16:15
471

15
Iyul
16:15



Energetika naziri və nazir müavinləri şimal-qərb bölgəsində vətəndaşlarla görüşəcək

İyulun 26-da Energetika naziri və nazir müavinləri respublikamızın şimal-qərb bölgəsinə səfər edəcək.

XeberOxu.az-ın  məlumatına görə, nazir Pərviz Şahbazov həmin gün Şəki şəhərində Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialının inzibati binasında (ünvan: Şəki şəhəri, Oğuz şosesinin cənub hissəsi) keçiriləcək.

Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Qəbələ şəhərində Qəbələ və Oğuz rayonlarının, nazir müavini Elnur Soltanov isə Zaqatalada Zaqatala və Balakən rayonlarının sakinləri ilə görüşəcək.

Vətəndaşların qəbulu saat 11:00-da Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov küçəsi 40), saat 14:00-da isə Zaqatala rayon Heydər Əliyev Mərkəzində (ünvan: Zaqatala şəhəri, Car küçəsi 1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs İmdad Nəbiyev, əlaqə telefonları: (+99424) 245-21-35, (055) 755-29-80, (050) 582-65-70, elektron poçt ünvanı: office.shaki@regulator.gov.az vasitəsilə müraciət edə bilərlər.Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.


Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az