13 Yan 2021
17:49
![]() |
13
Yan 17:49
![]() Erməni təxribatı nəticəsində Tərtərdə 76 obyekt tam dağılıb - Komissiya üzvü Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtər rayonunda mülki obyektlərə dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi yekunlaşmaq üzrədir. Bu barədə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü Qubad Heydərov deyib. O bildirib ki, komissiya üzvləri artıq Tərtərdə 90 faiz əraziyə baxış keçirib: "Ümumilikdə, 3 800 obyektə baxış keçirilib. Onlardan 34-ü sosial, 24-ü inzibati bina, 102-si sahibkarlıq obyektidir. Həmin obyektlərdən 76-sı tam qəzalı vəziyyətə düşüb, bərpası mümkün deyil. Qalan mənzil və obyektlər bərpa və təmirə ehtiyacı olanlardır. Hazırda 600-ə yaxın obektə baxış keçiriləcək ki, həmin obyektlərin sahibləri sonradan komissiyaya müraciət ediblər".
Məqalə: ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Ötən gün cinayət törədən 50 nəfər saxlanılıb
Göyçayda 5 otaqlı ev yanıb
Bakıda bir nəfər köməksiz qaldı
Bakıda mansarda tipli ev yanıb
|