Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



20 Noy
2020
11:36
1142
20
Noy
11:36



Ermənilər işğal altındakı abidələrimizin tam əksəriyyətini yerlə yeksan edib - İnstitut direktoru

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərindəki dövlət reyestrinə daxil edilən tarix və mədəniyyət abidələrinin tam əksəriyyəti erməni vandalları tərəfindən ya tamamilə məhv edilərək yerlə yeksan edilib, ya da onların 70-80 faiz hissəsi dağıdılıb.

XeberOxu.Az-ın məlumatına görə,bunu  AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, sənətşünaslıq doktoru Ərtegin Salamzadə deyib.

Onun sözlərinə görə, həmin ərazilərdəki dövlət reyestrinə daxil edilən 700-dən çox abidənin 11-i dünya əhəmiyyətlidir.

Ə.Salamzadə işğal altında qalan abidələrin mövcud vəziyyətinin öyrənilməsi üçün onların monitoriqinin aparılmasını vacib sayıb. Bildirib ki, hazırki dövrdə işğal altında qalan bütün abidələrimizin bərpaya ehtiyacı var:

“Hazırda memar və sənətşünas alimlərinin başlıca vəzifəsi abidələrin vəziyyətinin öyrənilməsi üçün mövcud durumun izlənilməsidir. Monitorinq nəticəsində hansı abidələrin tamamilə, hansılarının 70-80 faizinin dağıdıldığı, hansının vəziyyətinin nisbətən yaxşı olduğu müəyyən edilməlidir. Monitorinq əsasında mövcud durumu özündə əks etdirən milli hesabat hazırlanmalıdır”.

Qeyd edək ki, işğal altındakı tarixi və mədəniyyət abidələrmizin məhv olması ilə bağlı çoxsaylı faktlar mövcuddur. Bu günlərdə Şuşada Bülbülün ev muzeyinin ermənilər tərəfindən dağıdılması ilə bağlı da video paylaşılıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ev yanıb







Yardımlıda mağaza yanıb







Bakıda sex yanıb







Zəngilanda yük maşını aşıb, sürücü ölüb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.