XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



22 Fev
2021
03:00
730
22
Fev
03:00



Ermənistanın "xəritə" oyunu: Azərbaycanlıların Qarabağa qayıdışını ləngitməyə çalışırlar

Müharibə bitdikdən sonra azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsi Azərbaycanı ciddi narahat edir.

XeberOxu.Az-ın məlumatına görə,  Ermənistan isə minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir və əsas kimi də bu xəritələrin olmadığını deyir. Əlbətdəki bu Ermənistan tərəfinin növbəti yalanıdır.

Məqsəd isə bəllidir: 1) Mümkün qədər çoxlu sayda insanın həlak olmasına nail olmaq. 2) Bu ərazilərə azərbaycanlıların qayıdışını maksimum uzatmaq.

Hərbi ekspert Şair Ramaldanov bildirib ki, minalar Qarabağ ərazisinə xəritə əsasında basdırılıb, Ermənistanın bu xəritələri verməməsi isə minatəmizləmə prosesini uzada bilər:

“Ərazi balaca deyil. Mina sahələri həddindən artıq çoxdur. Çətinlik törədən də odur ki, qarşı tərəf mina sahələrini döşəyəndə onların xəritələri olub. Həmin xəritələr bizdə olsa, bu proses daha da sürətlənərdi. İndi isə Azərbaycan dövləti əlində olan imkanlardan istifadə edərək mina sahələrini təmizləyir. Bununla əlaqədar təhlükəsizlik tədbirləri də görülür. Türkiyədən də bununla bağlı Azərbaycana heyət gəlib və onlar da mina təmizləmə prosesinə qoşulub. Dövlət tərəfindən beynəlxalq qurumlara müraciətlər olunub. Dövlət bütün tədbirləri görüb".

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı







Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 4 nəfər saxlanılıb







Bakıda 20-dən artıq şəxsin pulunu bankomatdan oğurlayan şəxs yaxalandı







Şirvanda minik avtomobili yanıb


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.