Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Sen
2019
12:58
966

06
Sen
12:58



Evinə gələn qadını doğrayıb çamadana yığdı - Tükürpədən qətl

Leninqrad vilayəti, Murin şəhər sakini, 49 yaşlı qadının meyiti Peterburq parkında əməliyyatçılar tərəfindən aşkar edilib.

Qadın sosial şəbəkədə yazışdığı şəxslə görüşə çıxdıqdan sonra bu hadisə baş verib.

Rusiya mətbuatının xəbərinə əsasən, qadının itkin düşməsi barədə polisə məlumatı onun oğlu verib.

O bildirib ki, mənzildən zinət əşyaları da yoxa çıxıb. "BMW" markalı avtomobil də tapılmır.

İtkin düşən qadın gözəllik salonunda işləyirmiş. İş yoldaşları bildiriblər ki, o, sosial şəbəkədə bir kişi ilə tanış olub, axşam isə tanış olduğu şəxsin evinə, görüşə yollanıb. 

Polislər artıq Dağıstan vətəndaşı olan iki şübhəli şəxsi saxlayıblar. Onlardan birinin 36, digərinin 21 yaşı var. Əsas şübhəli şəxs bildirib ki, yeni tanış olduğu qadını öldürmək niyyəti olmayıb, hər şey təsadüfən baş verib. Qətldən sonra o, tanışını çağırıb və onlar qadının evindən qiymətli əşyaları götürüblər. Sonra isə qadının avtomobilinə əyləşərək meyiti meşə ərazisinə aparıblar.

Məlum olub ki, qətlə yetirilən qadının adı Bella Voroninadır. Qadının doğranmış meyiti olan çemodan Novoorlovsk meşə ərazisində tapılıb. Meyitin başında çuval olub. Ağzını isə dəsmalla bağlayıblar.

Dindirmə zamanı saxlanılan şəxs bildirib ki, görüş zamanı qadınla arasında münaqişə yaranıb və o, bıçaqla hücum edib. Baş verən hadisədən sonra dostuna zəng edib və meyiti çamadana qoyublar.

Məlumata əsasən, dağıstanlı iki şəxs bir sıra cinayətlərdə ittiham edilirlər. Hər dəfə onlar plan üzrə hərəkət ediblər. Onlar sosial şəbəkələrdə qadınlarla tanış olub, görüşüb, zorlayıb, qarət edib və döyüblər.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az