XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



21 Iyul
2021
15:18
893
21
Iyul
15:18



FAO Azərbaycanda yerli qida məhsullarının təşviqi üzrə layihələri dəstəkləyir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda yerli qida məhsullarının təşviqi üzrə bir neçə layihəni dəstəkləyir.

Bunu  FAO-nun nümandəsi deyib.

O bildirib ki, Azərbaycanda təşkilatın milli, regional və qlobal layihələri reallaşdırılır: "Bu layihələr, əsasən FAO-nun mandatı ilə nəzərdə tutulan sahələrdə, o cümlədən dayanıqlı ərzaq sistemləri, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı, yerli qida məhsullarının təşviqi, təbii ehtiyatların idarə olunması, balıqçılıq, meşə təsərrüfatı kimi sahələrdə texniki yardımı əhatə edir".

Onun sözlərinə görə, FAO və Azərbaycan hökuməti 2015-ci ildə 10 milyon dollar dəyərində Tərəfdaşlıq proqramı imzalayıb, bu proqram ölkədə Dayanıqlı İnkişaf Məqsədllərinə nail olmaq üçün tərəflər arasında əməkdaşlığın güclənməsinə yönəlib: "Hazırda hökuməti dəstəkləyən yeddi layihə qüvvədədir. Bu layihələr heyvandarlıq və qoyunçuluğun təkmilləşdirilməsi, fındıq, kartof becərilməsi, gənclərin məşğulluğu və qadınların hüquq və imkanlarının genişləndirilməsini əhatə edir".

Bundan başqa, qeyd olunub ki, hazırda yerli qida məhsullarının təşviqi və kənd təsərrüfatı üzrə məsləhət xidmətlərinin inkişafı üzrə Avropa İttifaqının maliyyələşdirdiyi layihələr də reallaşdırılır. FAO, həmçinin Azərbaycanda Qlobal Ekologiya Fondu və Yaşıl İqlim Fondu ilə birgə təbii ehtiyatların idarə olunması və ətraf mühitlə bağlı bir sıra layihələr reallaşdırır: "Bütün bu layihələrin reallaşdırılması zamanı FAO Azərbaycan hökuməti ilə, xüsusilə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Statistika Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi və digər qurumlarla sıx əməkdaşlıq edir".

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Naftalan sakinləri “patı” ilə tutulub - FOTO








Bakıda mənzildən kişi meyiti tapılıb








Bakıda beşotaqlı evdə yanğın olub








Ağcabədidə narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri saxlanılıb -VİDEO


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.