# EVDƏQAL
# EVDƏQAL



23 May
2020
03:25
1360

23
May
03:25



FHN işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.

FHN-dən XeberOxu.Az-a  bildirilib ki, nazirlik işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun rəhbərliyi ilə keçirilən iclasda dünyanı sarsıdan “COVID-19” pandemiyasının qarşısının alınması və onun ölkə iqtisadiyyatına vurduğu fəsadların minimuma endirilməsi, vətəndaşların sosial rifah halının daha da gücləndirilməsi ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında görülmüş işlər, həmçinin, Heydər Əliyev Fondunun bu sahədə verdiyi böyük töhfələr yüksək qiymətləndirilib. İttifaqın sədri Mehman İsmayılov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında görülmüş işlər, qabaqlayıcı tədbirlər pandemiyanın ölkəmizdə geniş vüsət almasının qarşısını almağa imkan verdi. “Təsadüfü deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işləri yüksək qiymətləndirib və Azərbaycanı nümunəvi ölkə adlandırıb”.

Natiq çıxışında bildirib ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə, imzaladığı sərəncamlara uyğun olaraq həssas təbəqələrə sosial dəstək verilib, birdəfəlik ödənişlər ayrılıb, ictimai iş yerlərinin sayı artırılıb, həm də koronavirus təhlükəsi, karantin rejimi ilə bağlı fəaliyyəti məhdudlaşmış sahibkarlıq subyektlərinə yardımlar olunub.

Mehman İsmayılov çıxışında vurğulayıb ki, “Biz birlikdə güclüyük” aksiyası çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu yüz mindən artıq ailəyə yardım paylayıb. Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən “150 Çağrı mərkəzi”nə daxil olan müraciətlər əsasında sovqatların hazırlanması və onların ünvanlara çatdırılması təmin edilib.

Nazirlik tərəfindən görülən işlərə toxunan natiq, həmçinin, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əlaqəli şəkildə gördüyü tədbirlərdən də söz açıb.

Daha sonra iclasda karantin rejimi dövründə həmkarlar ittifaqı komitələrinin fəaliyyəti müzakirə olunub və onların fəaliyyət istiqamətləri müəyyənləşdirilib, gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılaraq müvafiq qərarlar qəbul edilib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri







TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx hazırlayıb -VİDEO







Lerikdəki Büzeyir qalası qədim insan məskənidir







Beynəlxalq Türk Akademiyası yanında Türkologiya Kafedraları Şurasının iclası keçirilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.