30 Iyun
2020
07:47
1504

30
Iyun
07:47



FIDE Ümumdünya Şahmat Olimpiadasında195 ölkənin iştirak etməsini istəyir

Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu quruma üzv olan 195 ölkədən komandaların Ümumdünya Şahmat Olimpiadasında iştirakına çalışacaq.

XeberOxu.Az-ın məlumatına görə, bu barədə TASS informasiya agentliyinə müsahibəsində FIDE-nin prezidenti Arkadi Dvorkoviç bildirib. Ali qurumun rəhbəri qeyd edib ki, koronavirus pandemiyasına görə turnir onlayn formatda keçiriləcək. O, iki-üç gündən sonra turnirə milli komandaların qeydiyyatının başlayacağını vurğulayıb. A.Dvorkoviç bu nüfuzlu yarışda 195 komandanın hamısının iştirak edib-etməyəcəyini bilmədiyini, lakin bütün yığmaların yarışa qatılması üçün səy göstərəcəklərini vurğulayıb. 

Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq hər iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı ildə Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada isə Batumidə təşkil olunub.


 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Metronun bəzi stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılacaq







Kliniki Tibbi Mərkəzin direktoru vəzifəsindən azad edildi







Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır - RƏSMİ







Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT


Digər İdman xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.