Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Dek
2019
03:31
195

03
Dek
03:31



Filippində yaxınlaşan qasırğa səbəbindən yüzdən çox aviareys ləğv olunub

Filippində yüzdən çox daxili və beynəlxalq aviareys ləğv olunub. Hakimiyyət orqanları aeroportları yaxınlaşmaqda olan “Tisoy” qasırğasına hazırlayır.

XeberOxu.Az-ın məlumatına görə,  AZƏRTAC Philippine News Agency agentliyinə istinadla xəbər verir ki, Filippin Mülki Aviasiya İdarəsinin baş direktoru Jim Sydiongco yerli aviadaşıyıcıları tayfun səbəbindən hava əlaqəsində yarana biləcək çətinliklərə görə qabaqlayıcı tədbirlər görməyə çağırıb.

İdarənin nəzarəti altında olan aeroportlara yüngül təyyarələrin, avadanlıqların və sənədlərin yerini daha quru və təhlükəsiz rayonlara dəyişmək, pəncərə və qapıları bərkitmək, həmçinin ikinci dərəcəli personalı evlərinə göndərmək tapşırılıb. Eyni zamanda, ölkə ərazisində bütün təlim uçuşları dayandırılmalıdır.

“Business Mirror” qəzetinin məlumatına görə, paytaxt Manila regionunun bir sıra rayonlarında və bəzi əyalətlərdə məktəblər bağlanıb. Həmçinin 4,5 min nəfər limanları tərk edə bilmir. Yerli hakimiyyət orqanları Albay əyalətində 100 mindən çox insanın məcburi təxliyəsinə başlayıb.

Qasırğanı müşayiət edən güclü leysan yağışları səbəbindən 300 minə yaxın insan daşqın təhlükəsi ilə üzləşib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Narkotikə görə tutulmuş jurnalist məhkəmə qarşısında







Əmi 11 yaşlı qardaşı qızını öldürüb basdırdı - Azərbaycanda ŞOK hadisə







“Ermənistan Dilqəmlə Şahbazı azad etməkdən inadla imtina edir”







Deputat oğlunun həbs müddəti uzadıldı


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az