Fransada quraqlığa görə su istehlakı məhdudlaşdırılıb
Fransa hökuməti güclü quraqlıqla əlaqədar ölkənin 101 departamentindən 93-də su istehlakına məhdudiyyət tətbiq edib.
Xeberoxu.Az-ın məlumatına görə, 62 departament ərazisində ən yüksək, qırmızı təhlükə səviyyəsi elan edilib. Bu bölgələrdə başqa məqsədlərlə, eləcə də kənd təsərrüfatı üçün su istehlakı qadağan edilib.
Digər departamentlərdə isə fermerlərə su istifadəsini 50 faiz azaltmaq tapşırılıb.
Qeyd olunur ki, ölkədəki quraqlıqla əlaqədar böhran mərkəzi yaradılıb. Mütəxəssislər builki quraqlığın müşahidələr aparılan müddət ərzində ən şiddətlisi olduğunu bildirir. Bu cür şəraitin yaxın 15 gündə davam edəcəyi proqnozlaşdırılır.
Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.