08 Apr 2021
07:51
![]() |
08
Apr 07:51
![]() Futzal millimiz bu gün Slovakiya ilə qarşılaşacaq Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. XeberOxu.Az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 3-cü qrupdakı beşinçi sınağında səfərdə Slovakiya yığması ilə qarşılaşacaq. Levitse İdman Sarayındakı görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Millinin heyətində Tyaqo Bolinya və Hadi Ahmadi zədə səbəbindən oynaya bilməyəcək. Yüngül zədəsi olan Amir Şocayi isə baş məşqçi şans verəcəyi təqdirdə, meydana çıxacaq. Avropa çempionatının seçmə mərhələsi IV tur 3-cü qrup 18:00. Slovakiya - Azərbaycan Hakimlər: Kirill Naishouler, Arttu Kyynaeraeinen, Martin Matula Levitsa İdman Sarayı Qeyd edək ki, 4 turdan sonra 12 xalı olan Azərbaycan millisi tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Slovakiya seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Prokurorluq: Ağdamda mina partlayışı ilə bağlı araşdırma aparılır
Xızıda “Qrad” mərmisi aşkarlandı
Ağdamda qoyun otaran sakin minaya düşüb
Bakıda yanğın olub, iki nəfər zəhərlənib
|
|