Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyun
2019
15:55
885

07
Iyun
15:55



Gələn ilin ortalarında bərpa olunan enerji sahəsində hərracların keçirilməsi planlaşdırılır

Energetika Nazirliyində Hindistanın JİTO təşkilatının baş katibi və alternativ enerji sahəsində fəaliyyət göstərən “Refex” qrupunun icraçı direktoru Anil Jainin rəhbərlik etdiyi hindistanlı iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən Xeberoxu.az-a verilən məlumata görə, “Refex” qrupunun icraçı direktoru Anil Jain Azərbaycanda bir çox sahələrlə yanaşı, alternativ və bərpa olunan enerji sektorunda əməkdaşlığa maraq göstərdiklərini diqqətə çatdırıb. Bildirilib ki, “Refex Energy” Hindistanda günəş enerjisini inkişaf etdirmək üçün təsis edilib. Şirkət günəş enerjisi layihələrini istismar və texniki xidmətlərlə təmin edir və fotovoltaik günəş enerjisi stansiyasının qurulması üçün müasir mühəndislik, satınalma və tikinti xidmətləri daxil olmaqla, bir sıra təkliflər paketi təqdim edir.

Energetika nazirinin müavini Samir Vəliyev alternativ və bərpa olunan enerji sahəsinin inkişafı və bu sahədə layihələrin həyata keçirilməsinin Energetika Nazirliyinin qarşısında duran əsas vəzifələrindən biri olduğunu qeyd edib. Bildirilib ki, ölkədə bərpa olunan enerji sahəsinin inkişafı üçün böyük potensial var, günəş və külək enerjisindən istifadə sahəsində əlverişli iqlim şəraitinin olması bu istiqamətdə layihələrin həyata keçirilməsinə imkan verir. S.Vəliyev bərpa olunan enerji sahəsində görülmüş işlər, müvafiq ərazilərin seçilməsi, bu ərazilərdə ölçmə işlərinin aparılması barədə məlumat verib. Bildirilib ki, bu sahədə qanunvericilik bazası hazırlanır, gələn ilin ortalarında isə bərpa olunan enerji sahəsində hərracların keçirilməsi planlaşdırılır. Bununla bağlı bir sıra potensial investorlarla görüşlər keçirilir və gələcəkdə görüləcək işlərin aspektləri müzakirə edilir. Qeyd olunub ki, Azərbaycan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir və ətraf mühitin qorunması, ənənəvi enerji mənbələrindən səmərəli və qənaətlə istifadə edilməsi baxımından bərpa olunan enerji mənbələrinin inkişafı, bu sahənin investorlar üçün cəlbediciliyinin artırılması vacibdir.

Görüşdə ölkədə mövcud bərpa olunan enerji potensialı, külək və günəş enerjisi sahəsində görülən işlər barədə qonaqları maraqlandıran suallar cavablandırılıb, iki ölkə arasında mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az