Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








06 Dek
2018
20:35
123



Gənc Tamaşaçılar Teatrında "Bremen musiqiçiləri"nin premyerası olub

Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun "Bremen musiqiçiləri" pyesi əsasında eyniadlı tamaşanın premyerası olub.

Teatrdan XeberOxu.Az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımovdur. Quruluşçu rəssam Telman Şıxıyev, musiqi tərtibatçısı İradə Muradova, rejissor Gülnar Hacıyevadır.

Tamaşada rolları Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Həsənov, Xaliq Bəkirov, Eyvaz İbrahimov, Araz Primov, Müşviq Əliyev, Tahir İsmayılov, Yusif Dadaşov, Nuranə Hüseynova, Könül Əbilova, Gülbəniz Mustafayeva, Elgün Yəhyayev, Anar Səfiyev, Ramil Məmmədov, Aydın Dəmirov, Tahir İsmayılov, Yusif Dadaşov, Nuranə Hüseynova, Könül Əbilova, Gülbəniz Mustafayeva ifa edirlər.

"Bremen musiqiçiləri" iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır. Uşaqlar üçün nəzərdə tutulmuş tamaşa böyüklərin də marağına səbəb olub. Ən fərqli nəsillərin maraq göstərdiyi bu əsər həqiqətən saf duyğular, isti hisslər yaradır. Tamaşanın yaradıcı heyəti balacalarda gözəl hisslər tərbiyə etməyə, onlarda pozitiv ovqat yaratmağa çalışıblar. Tamaşanın dinamikası, peşəkar aktyor oyunu və əlbəttə xoşbəxt sonluq hər kəsdə xoş hisslər oyadıb.

Qeyd edək ki, bu günlərdə 90 illik yubiley təntənəsinə hazırlaşan teatr dahi M.Servantesin romanı əsasında səhnələşdirilən "Don Kixot" (quruluşçu rejissor B.Osmanov) və balacalar üçün "Bremen musiqiçiləri" kimi yeni səhnə əsərləri ilə tamaşaçılarını sevindiriblər.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər İdman xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]