Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



17 Okt
2020
21:02
7866
17
Okt
21:02



Gəncə şəhərinə raket zərbələri İtaliya mətbuatının geniş diqqət mərkəzindədir

taliyanın çoxsaylı kütləvi informasiya vasitələri, nüfuzlu qəzetləri, televiziya kanalları, xəbər agentlikləri, o cümlədən Rai, Mediaset, Ansa, Agi, La7, İl Sole 24 Ore, İl Giornale, Adnkronos, Notizie Tiscali, Notizie Yahoo, Occho Notizie, Gazzetta di Parma, Telenicosia, Politicamente Corretto, MSN, Quotidiano Countribuenti, Prima Press, Globus Magazine, La Gazetta del Mezzogiorno, La Nuova Sardegna, Quotidiano, Politica News, Altoadige, Inews24, Giornale del Trento, Prealpina, Agenia Nova, Corriere Quotidinao, La Presse, Unionsarda, Il Giornaleditalia, Open Online və sair kimi mətbuat orqanları Gəncə şəhərini Ermənistanın ballistik raket atəşinə tutması haqqında məlumatlar və videoreportajlar yayımlayıblar.

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyindən XeberOxu.Az-a verilən məlumata görə, məlumatlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına bugünkü müraciətində bu mövzu ilə bağlı fikirlərindən sitat gətirilərək baş verənlərin hərbi cinayət olduğu və Ermənistanın cavabının Azərbaycan tərəfindən döyüş meydanında verildiyi bildirilir.

Məlumatlarda, eləcə də Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Azərbaycanın İtaliyadakı Səfirliyinin məlumatlarına əsasən Ermənistanın bu hərbi cinayətinin ağır nəticələri barədə danışılır, cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücumun ciddi sayda mülki insanların itkisinə səbəb olduğu, 13 şəxsin, o cümlədən 2 uşağın həyatını itirdiyi, 50-dən çox insanın ciddi yaralandığı, çoxsaylı yaşayış binalarının və geniş ərazinin dağıdıldığı, Gəncəyə atılan raketlərin SCUD/Elbrus taktiki ballistik raketlər olduğu, bunun Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini nümayiş etdirdiyi vurğulanır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Prezident İlham Əliyev: Əgər onlar atəşkəsi pozmasaydılar bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı







Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşüb







Birinci vitse-prezident Mehriban Əliyeva: Pandemiyaya qarşı müharibə hələ davam edir







Azərbaycanın Rusiyadakı səfirliyi "Pobeda" aviaşirkətinin azərbaycanlılara qadağasını araşdırır


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.