XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

03 Avq
2022
21:56
907
03
Avq
21:56



Hərbi ekspert: “Ordumuza lazımi zəmanət verilməsə, bu əməliyyata davam etmək lazımdır”
"Azərbaycan Silah Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə ermənilərin qanunsuz silah daşıması ilə bağlı iradlarını bildirib. Üçtərəfli bəyannamənin 4-cü bəndinin yerinə yetirilməməsi məsələsini diqqətə çatdırıb və dəfələrlə qarşı tərəfə xəbərdarlıq edib”.
Bunu oxu.az-a açıqlamasında ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov deyib.Ş. Ramaldanov bildirib ki, prosesə mane olmaq istəyən revanşist qüvvələr və onları himayə edənlər aktivlik göstərirdilər.
"Revanşist qüvvələrə isə Qarabağ klanı rəhbərlik edir və bunun nəticəsidir ki, bu gün Azərbaycan ordusunun bir əsgəri şəhid oldu. Çox ciddi xəbərdarlıqdan sonra bu cür təxribat məhz cəza ilə nəticələnməli idi. Azərbaycan ordusu hazırda atəşkəs pozulan istiqamətlərdə erməni mövqelərinin atəş nöqtələrini məhv etməklə strateji yüksəklikləri ələ keçirməyə nail olub. Ordumuzun nəzarəti altına keçən yüksəkliklər sözügedən ərazilərdə hakim yüksəkliklərdir. Böyük bir ərazinin təminat yolları və digər qanunsuz erməni silahlılarının yerləşdiyi mövqelər nəzarət altına alınıb. Bu da Azərbaycan ordusunun müvəqqəti təmas  xəttində yerləşən mövqelərindən daha böyük bir ərazini nəzarət altında saxlamağa imkan yaradır”.
Ehtiyatda olan polkovnik vurğulayıb ki, bundan sonra atılacaq addımların məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin və Rusiya sülhməramlı qüvvələrinin üzərinədir: "Əgər bu cəza əməliyyatından sonra qanunsuz erməni silahlı birləşmələrinin tərkisilah edilməsi ilə bağlı məsələ praktiki olaraq həllini tapsa, Azərbaycan ordusu yaranmış vəziyyəti qiymətləndirəcək. Lakin Azərbaycan ordusuna lazım olan zəmanət verilməsə, fikrimcə bu əməliyyata davam etmək lazımdır. Hazırda vəziyyət Azərbaycan ordusunun nəzarəti altındadır. Laçın istiqamətindəki yüksəkliklərin ələ keçirilməsi nəzarəti gücləndirmək və əməliyyat şəraitini daha da yaxşılaşdırmaq üçün xidmət edən amil kimi qiymətləndirilməlidir. Azərbaycan bir daha göstərdi ki, dəmir yumruq həmişə hazırdır”.
Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Azyaşlı qızın sırğasını oğurlayanlar SAXLANILDI








Qanunsuz gətirilən külli miqdarda "iPhone" belə yaxalandı -FOTO








Dəhşətli qəzada yaralananların səhhəti ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNDİ








65 yaşlı kişi özünü elektrik naqili ilə asdı



Digər Müharibə xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.