XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

07 Avq
2022
14:25
429
07
Avq
14:25



Ukraynalının cinsi orqanını kəsib öldürən hərbçinin kimliyi məlum oldu

"Insider" və "Bellingcat" araşdırmalar mərkəzləri ukraynalı məhbusun cinsi orqanının kəsilib öldürüldüyü videoda hadisəni törədən rusiyalı hərbçinin kimliyini müəyyən edib. Həmçinin qətlin harada törədildiyi də aşkarlanıb.
Xeberoxu.Az  oxu.az-a istinadən xəbər verir ki, bu hərbçinin "Axmat" çeçen batalyonunun tuvalı döyüşçüsü olduğu üzə çıxıb. O, jurnalistlərlə söhbətində bu qənaətin doğru olduğunu dolayı da olsa təsdiqləyib.
İyulun sonunda "Telegram" kanallarında hərbi əsirlərə işgəncə verilməsini əks etdirən videolar yayılıb. İki videoda Rusiya ordusunun hərbi geyimində olan əsgərlər əvvəlcə əsirin cinsi orqanını bıçaqla kəsirlər, sonra isə başından güllə ilə öldürürlər. Bu videonun əsas "qəhrəmanı" kovboy şlyapalı hərbçidir. Jurnalistlər onu digər videolarda, həmçinin "Azot" zavodundan olan görüntüdə tapıblar.Ətraflı
Müstəntiqlər üz tanıma xidmətlərindən istifadə etməklə onun kimliyini müəyyən ediblər. Məlum olub ki, adı Oçur-Suqe Monquş olan hərbçi Tuvadandır. Fotoya əsasən, Monquş əvvəllər Fövqəladə Hallar Nazirliyində işləyib.

 "The Insider" ilə söhbətində Monquş bildirib ki, heç kimə işgəncə verməyib, sadəcə rusiyalı jurnalistləri müşayiət edib. Həmin video isə montajdır. Eyni zamanda Monquş jurnalistlərin tapdığı "Azot" zavodundan videonun həqiqətən də ona aid olduğunu təsdiqləyib. İşgəncədə iştirakını inkar edən Monquş qarışıq ifadələr verib. O, əsirlə bağlı videoda arxa planda olan maşını heç vaxt görmədiyini deyib. Ancaq "Azot" zavodunun görüntülərində də eyni avtomobil var.


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda maşın qaçıran qadın saxlanılıb








Binəqədidə restorandan 35 min manatlıq oğurluq olub








Dünənki qəzalarda 3 nəfər ölüb - KRİMİNAL XRONİKA








Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə satılıb? - İDDİA



Digər Dünya xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.