XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

07 Avq
2022
15:18
372
07
Avq
15:18



Çinli hərbçilər Pentaqonun zənglərinə cavab vermir

Çinin yüksək rütbəli hərbi məmurları Tayvanla bağlı zəng edən amerikalı həmkarlarını diqqətə almırlar.

Pekin ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Millinin zənglərinə cavab vermir. Amerikalı hərbi məmurlar Tayvanla bağlı dialoq əldə olunmasını istəyir.

"Əgər [Çin ordusu] daha aqressiv şəkildə və daha tez-tez ABŞ qüvvələrinə yaxın yerdə fəaliyyət göstərsə, təhlükəsiz əməliyyat mühiti yaratmaq üçün təkmilləşdirilmiş mexanizmlərə ehtiyacımız olacaq", - deyə Pentaqon rəsmisi Rendi Şriver bildirib.

Qeyd edilir ki, amerikalı rəsmilər Çinin susqunluğunu "eskalasiya (gərginlik) riskini artıran və düşüncəsiz addım" hesab edir.

Həmçinin bildirilir ki, ABŞ hərbi liderləri, hətta Çin kimi potensial düşmənlərlə belə açıq ünsiyyət xətlərini saxlamağa can atırlar. Buna səbəb isə hərtərəfli münaqişələrin qarşısının alınmasıdır.

Millinin çinli həmkarı, Birləşmiş Qərargah rəisi general Li Zuoçenqlə sonuncu söhbəti iyulun 7-də baş tutub. Pentaqon bu söhbət zamanı açıq kommunikasiya xətlərinin saxlanması, eləcə də eskalasiya riskinin azaldılması zərurətindən danışdıqlarını bildirib.

Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Azyaşlı qızın sırğasını oğurlayanlar SAXLANILDI








Qanunsuz gətirilən külli miqdarda "iPhone" belə yaxalandı -FOTO








Dəhşətli qəzada yaralananların səhhəti ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNDİ








65 yaşlı kişi özünü elektrik naqili ilə asdı



Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.