XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



25 Yan
2021
15:58
1184
25
Yan
15:58



Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva növbəti dəfə Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti vəzifəsinə seçilib.

XeberOxu.Az-ın məlumatına görə,  Milli Gimnastika Arenasında "AGF" İctimai Birliyinin 11-ci Ümumi iclası və AGF İcraiyyə Komitəsinin 37-ci iclası keçirilir. AGF Əsasnaməsinə uyğun olaraq ümumi iclas hesabat-seçki xarakteri daşyıb.

Keçirilmiş səsvermə nəticəsində Mehriban Əliyeva növbəti beş il ərzində Azərbaycan Gimnastika Federasiyasının prezidenti (İcraiyyə Komitəsinin sədri), Altay Həsənov isə AGF-in vitse-prezidenti (İcraiyyə Komitəsinin sədr müavini) vəzifəsinə yenidən seçilib.

Bundan başqa, Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva növbəti beş il ərzində yenidən İcraiyyə Komitəsinin üzvləri seçilib.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı







Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı







Həftə sonu yol qəzalarında 4 nəfər ölüb







Hacıqabulda istixana yandı


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.