XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



25 Yan
2021
18:10
1457
25
Yan
18:10



MEDİA seminarlara başladı

Bu ay ölkə başçısının fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi (MEDİA) 2021-ci il üçün nəzərdə tutduğu silsilə tədbirlərin həyata keçirilməsini “ADA” Universiteti ilə birgə təşkil edilən “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarlarla başladı.

XeberOxu.Az-ın məlumatına görə, universitetin İxtisasartırma Proqramının mütəxəssisləri tərəfindən aparılan seminarlarda dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətləri rəhbərləri, ictimaiyyətlə əlaqələr və mətbuatla iş üzrə məsul əməkdaşları iştirak edirlər. Seminarlarda məqsəd dövlət və ictimai sektor qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulmasıdır.

Seminarda ADA Universitetinin media sahəsi üzrə yerli və xarici tədqiqatçıları ilə yanaşı, biznes sektorunun mütəxəssisləri və ölkənin multimedia platformasının aparıcı üzvləri ilə panel müzakirələr təşkil edilib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev seminar iştirakçıları qarşısında ustad dərsi ilə çıxış edib. İnteraktiv müzakirələr zamanı mətbuat xidməti rəhbərləri “İctimai əlaqələr şöbəsinin təşkilatdakı məqsədi və rolu”, “Kommunikasiya planı və gündəlik media təmasları: proaktiv və reaktiv strategiyalar”, “Böhran vəziyyətlərində kommunikasiyanın qurulması” kimi mövzularda fikir mübadiləsinə qoşularaq, müasir media mühitindəki çağırışlara yeni həll yolları axtarıblar. Seminar digər mühazirəçilərin çıxışları ilə sabah da davam etdiriləcək.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikası Prezidenti tərəfindən medianın inkişafının dəstəklənməsi, bu sahədə təsisat quruculuğu işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə yaradılmışdır.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı







Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı







Həftə sonu yol qəzalarında 4 nəfər ölüb







Hacıqabulda istixana yandı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.