XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



25 Yan
2021
18:18
1217
25
Yan
18:18



Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Əfqan Sadıqov növbəti dəfə qəbul olunub

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Əfqan Sadıqovun səhhəti və hüquqlarının təmini ilə bağlı müraciətlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın diqqətindədir.

Ombudsman Aparatından bildirilib ki, Ombudsmanın tapşırığı əsasında Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən 25 yanvar 2021-ci il tarixdə həmin müəssisəyə keçirilən başçəkmə çərçivəsində Əfqan Sadıqov növbəti dəfə qəbul olunub. Konfidensial qəbul zamanı o, barəsində olan cinayət işi və məhkəmənin hökmündən narazılığını əsas göstərərək qida qəbulundan imtinanı davam etdirdiyini bildirib.

Müəssisədə həkimin iştirakı ilə Əfqan Sadıqovun sağlamlıq vəziyyəti müzakirə olunub və onun səhhətinin nəzarətdə saxlanılması məqsədilə müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib. Hazırda o, koma vəziyyətində deyil, ona lazımi tibbi xidmətlər göstərilir və qəbul zamanı tibbi ximətlərdən narazılığının olmadığını bildirib.

Əfqan Sadıqov müraciətlərinin araşdırılmasına və vəziyyətini diqqətdə saxladığına görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib.

Qeyd olunmalıdır ki, Əfqan Sadıqov saxlandığı ilk günlərdən MPQ-nin üzvləri tərəfindən qəbul olunub, səhhəti nəzərə alınmaqla Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi təmin edilib. Müalicə Müəssisəsinə köçürüldüyü gündən isə səhhəti gündəlik nəzarətdə saxlanılıb, kütləvi informasiya vasitələrinə də bu barədə məlumatlar verilib.

Əfqan Sadıqovun məsələsi ilə bağlı Ombudsman tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə müraciətlər də edilib.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı







Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı







Həftə sonu yol qəzalarında 4 nəfər ölüb







Hacıqabulda istixana yandı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.