26 Yan 2021
13:21
![]() |
26
Yan 13:21
![]() ABŞ-da koronavirusun "Braziliya" ştammına ilk yoluxma qeydə alınıb ABŞ-da koronavirusun Braziliyada aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb. XeberOxu.Az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Minnesota ştatının Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, koronavirusun yeni ştammı Braziliyadan gələn Minnesota sakinində aşkarlanıb: "Bu yoluxma ABŞ-da rəsmi aşkarlanan ilk P.1-in Braziliya variantıdır". Bildirilir ki, sözügedən vətəndaşda simptomlar ayın ilk həftəsində müşahidə edilib, onun testinin cavabı isə yanvarın 9-u bəlli olub. Qeyd edək ki, Braziliyada koronavirusun yeni mutasiyasının aşkarlanması barədə ötən ilin dekabr ayında məlumat verilib. Yeni mutasiyanın Rio-de-Janeyro ştatında formalaşdığı ehtimal edilir. Daha sonra koronavirusun "Braziliya" ştammı Böyük Britaniyada, Almaniyada, İtaliyada, Cənubi Koreyada və Yaponiyada da aşkarlanıb. Britaniyalı ekspertlərin sözlərinə görə, "Braziliya" ştammının iki növü mövcuddur (P.1 və P.2). ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Zərdabda evdən 25 min manatlıq oğurluq edilib
“Qurbaşı” dəstəsinin ömürlük cəzaya məhkum edilən üzvü azadlığa çıxmaq istəyir
Karantini pozan kafenin icarədarı və müştərilər cərimələnib (FOTO)
Paytaxtda 67 yaşlı qadını maşın vurdu
|