XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



26 Yan
2021
13:28
1230
26
Yan
13:28



Azərbaycan sülh, yaxşı qonşuluq və regional əməkdaşlığın qətiyyətli müdafiəçisidir - Səfir

Malayziyanın nüfuzlu nəşrlərindən olan “Utusan Malaysia” qəzeti ölkəmizin Malayziyadakı səfiri Qaley Allahverdiyevlə müsahibə əsasında geniş məqalə dərc edib.

Səfirlikdən XeberOxu.Az-a verilən məlumata görə, məqalə yanvarın 26-da qəzetin xarici xəbərlər üzrə peşəkar jurnalisti Taqib Şaker tərəfindən qələmə alınıb. Məqalədə səfir Q.Allahverdiyev Azərbaycan haqqında, o cümlədən ölkəmizin milli-mədəni, tarixi irsi, coğrafi-strateji önəmi və beynəlxalq regional enerji layihələrindəki əhəmiyyətli rolu barədə məlumat verərək, Azərbaycanın vaxtilə işğal altında qalmış Dağlıq Qarabağ regionu və ətraf ərazilərinin dünəni və bugünü barədə vacib məqamları malayziyalı oxucuların diqqətinə çatdırıb.

Müsahibə zamanı Azərbaycan səfiri 1980-ci illərin sonundan etibarən Ermənistan tərəfindən ölkəmizə qarşı qaldırılan ərazi iddiaları, daha sonra isə bu iddiaların silahlı zorakılığa çevrilərək Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəticələndiyini, işğal prosesi zamanı Azərbaycan xalqının böyük müharibə məşəqqətləri ilə üzləşdiyini, o cümlədən Xocalı soyqırımı kimi ağır sınağa məruz qaldığını qeyd edib. Buna baxmayaraq, xalqımızın haqlı mübarizəsinin Azərbaycan Prezidentinin rəhbərliyi altında qələbə ilə yekunlaşdığını vurğulayıb və deyib: “Hələ müharibənin ilk günlərindən etibarən – haşiyə çıxaraq qeyd edim ki, biz azərbaycanlılar buna Vətən müharibəsi deyirik – Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə aydın şəkildə bildirmişdi ki, Ermənistan hər hansı şərt irəli sürmədən işğal etdiyi ərazilərimizdən çıxdığı təqdirdə, müharibə dayanacaq. Rusiya Federasiyasının təşəbbüsü ilə 9-10 noyabr, 2020-ci il tarixində Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatla atəşkəs əldə olundu. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Hökuməti tərəfindən mülki və döyüş nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir, bərpa işləri aparılır. Biz sülhün, yaxşı qonşuluğun və regional əməkdaşlığın qətiyyətli müdafiəçisiyik. Bu səpkidə Azərbaycan Prezidentinin 11 yanvar tarixində Moskvada keçirilmiş görüş zamanı ifadə etdiyi fikirlərdən birini sitat gətirmək istəyirəm. Azərbaycan Prezidenti vurğulamışdır ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.

Həmçinin səfir Q.Allahverdiyev 44 günlük Vətən müharibəsi zamanı Malayziyanın ilk münasibət bildirən ölklərdən biri olduğuna diqqət çəkərək, Malayziya Hökumətinin ümumilikdə münaqişə boyunca nümayiş etdirdiyi ədalətli mövqeyin Azərbaycan tərəfindən təqdirlə qarsalandığını vurğulayıb. Azərbaycan səfiri malayziyalı təşəbbüskar investorları işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək geniş bərpa və inkişaf layihələrinə qoşulmağa dəvət edib.

Qeyd etmək lazımdır ki, 1939-cu ildən nəşr olunan “Utusan Malaysia” Malayziyanın ilk malaydilli qəzeti olmaqla yanaşı, ən yüksək tirajla gündəlik dərc olunur.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı







Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı







Həftə sonu yol qəzalarında 4 nəfər ölüb







Hacıqabulda istixana yandı


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.