XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



21 Fev
2021
22:33
539
21
Fev
22:33



Gəncənin və Almaniyanın ali təhsil müəssisələrinin tələbələri Nizami Gəncəvi irsindən danışıblar

“Nizami Gəncəvi ili” çərçivəsində dünyaşöhrətli şairin yaşayıb-yaratdığı Gəncədə keçirilən videokonfransda Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Gəncənin və Almaniyanın ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

XeberOxu.Az-ın məlumatına görə, Millət vəkili Pərvin Kərimzadə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmasından danışıb, qüdrətli söz və fikir ustadının parlaq irsinin əsrlərdən bəri dünyanın misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlaması haqqında əraflı məlumat verib.

Ölkə Prezidenti İlham Əliyev Nizami Gəncəvinin 880 illik yubileyi, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması haqqında imzaladığı Sərəncam dahi şairin insanları daim əxlaqi kamilliyə, elmə çağıran yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi dünyada təbliğ edilməsində müstəsna rol oynayacaq- deyə millət vəkili qeyd edib.

Almaniya WayhenştefanTrizdorf Universitetinin magistr tələbəsi Zamil Həsənov dahi şahir Nizami Gəncəvinin həyatı və əsərləri haqqında qonaqlara alman dilində geniş məlumat verib.

Gəncə Dövlət Universitetinin İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin əməkdaşı, Almaniya Ausburg universitetinin doktorantı Maqsud Vəliyev alman dilində Nizami Gəncəvinin əsərlərinin dünya mədəniyətinə bəxş etdiyi zəngin ədəbi irs və dünya ədəbiyyatına verdiyi töhfələri diqqətə çatdırıb.

Daha sonra Gəncə Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin tərcüməçisi Səkinə Tağıyeva Nizami Gəncəvinin şeirlərini alman dilində səsləndirib, dahi şairin irsindən bəhs edən videoçarx nümayiş etdirilib.

Almaniyadan tədbirə qatılan avstriyalı gənclər Lyli Scholz və Rachel Mahunde, alman tələbələr Johanna Müller, Michael Wasser və Baguma Solomon, çıxış edərək, Nizami Gəncəvi irsi ilə tanış olduqlarından məmnun olduqlarını qeyd ediblər.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı







Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 4 nəfər saxlanılıb







Bakıda 20-dən artıq şəxsin pulunu bankomatdan oğurlayan şəxs yaxalandı







Şirvanda minik avtomobili yanıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.