02 Dek 2019
18:24
![]() |
02
Dek 18:24
![]() Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb. XeberOxu.Az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz 21074" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Şəxsi yoxlama zamanı isə vətəndaşın üzərində gizlətdiyi 15 ədəd "Kgtel B360", 10 ədəd "X-Inova 360", 15 ədəd "Kgtel E 1200", 5 ədəd "Odsen 6303" markalı və 5 ədəd adı qeyd olunmayan mobil telefon aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Narkotikə görə tutulmuş jurnalist məhkəmə qarşısında
Əmi 11 yaşlı qardaşı qızını öldürüb basdırdı - Azərbaycanda ŞOK hadisə
“Ermənistan Dilqəmlə Şahbazı azad etməkdən inadla imtina edir”
Deputat oğlunun həbs müddəti uzadıldı
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |