Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Avq
2019
03:55
414

17
Avq
03:55



Gürcüstan hökumətində kadr dəyişiklikləri olacaq

Gürcüstan hökumətində kadr dəyişiklikləri olacaq. Bu məsələ artıq hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasında müzakirə olunub.

 XeberOxu.az xəbər verir ki,  bu barədə Gürcüstan mətbuatı yazıb.

Məlumatlara əsasən, hazırkı Daxili İşlər naziri Qeorgi Qaxaria Baş Nazir, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının siyasi məsələlər üzrə katibi, keçmiş Baş Nazir İrakli Qaribaşvili isə Daxili İşlər naziri təyin olunacaq. Hazırkı Baş Nazir Mamuka Baxtadzenin isə beynəlxalq maliyyə təşkilatlarının birində çalışacağı bildirilir.

Baş Nazir Mamuka Baxtadze dəyişikliklər barədə məlumatları şərh edərkən deyib: “Mən “Gürcü Arzusu” komandasının üzvü olmuşam və olacağam. Biz vahid komandayıq. Dəyişikliklərə gəlincə, bu, təbii prosesdir. Hökumət parlamentə yenilənmiş proqram təqdim edəcək və dəyişikliklər həmin proqramdan asılı olacaq. Biz nəticələrə hədəflənmişik. 2020-ci il seçkiləri ilə bağlı parlamentə proqram təqdim olunacaq. İstənilən kadr dəyişikliyi həmin proqrama əsasən həyata keçiriləcək”.

Qeyd edək ki, parlamentdə çoxluğu təşkil edən fraksiyanın lideri Gia Volski hökumətdə dəyişikliklərin olacağını istisna etməyib.

Bəzi məlumatlara görə, hökumətdə kadr dəyişiklikləri yaxın bir ay ərzində baş verəcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az