XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



21 Fev
2021
21:52
2490
21
Fev
21:52



“Parisdə hər dəfə küçəyə çıxanda polisə izahat veririk” - Azərbaycanlı yazıçı

Parisdə yaşayan Azərbaycan yazıçısı Şahin Sinariya “525-ci qəzet”ə müsahibə verib.

Xeberoxu.Az xəbər verir ki, o, müsahibədə koronavirus pandemiyası ilə bağlı Fransadakı son durumdan, özünün və ailəsinin koronavirusla necə mübarizə aparmasından, həmin ölkədəki azərbaycanlılarla bağlı vəziyyətdən danışıb.

“İnsanlar olmadan Paris çılpaq görünür”

- Uzun illərdir Fransada yaşayırsınız. Vətəndaşı olduğunuz ölkənin bugünkü durumunu görəndə hansı hissləri keçirirsiniz?

- Hər bir vətəndaş kimi mən də Fransanın bu vəziyyətinə kədərlənirəm. İlk dəfədir ki, belə bir halla qarşılaşıram. Sanki yer kürəsi günəşin ətrafında fırlanmağı bir anlığa dayandırıb. Paris fantom bir şəhər olub. 25 ildə ilk dəfədir ki, Parisi bu vəziyyətdə görürəm. Elə bil insanlar şəhərin paltarıdır. İndi onlar olmadan şəhər çılpaq görünür. Hər gün işə Zəfər Tağının yanından keçib gedirəm, oranı heç vaxt belə çılpaq görməmişəm. Bəlkə bunun da bir gözəlliyi var. Platon deyir ki, hər eybəcərlikdə bir gözəllik tapmaq lazımdır. Ona görə də bu acınacaqlı vəziyyətdə belə çalışıram ki, maraqlı nəsə tapım. İndiyə qədər ilk dəfə səmanı belə açıq, havanı belə təmiz görürəm. Bəlkə də təbiətin bu cür yenilənməyə ehtiyacı var imiş. Düzdür nə qədər qurbanlar da var. Ancaq mən hadisələrə yaxşı tərəfdən də baxmağa çalışdım.

- Özünüz və ailəniz koronavirusla necə mübarizə aparırsınız?

- Hamı kimi biz də evdə otururuq. Mən işlərimi evdən aparıram. Uşaqları qətiyyən çölə buraxmırıq. Özümüz isə yalnız mağazaya getmək üçün evdən çıxırıq. Hər dəfə xüsusi anketlərlə hara və nə üçün getdiyimiz haqda yolda polisə izahat veririk. Evdə də qorunmaq üçün bütün dezinfeksiya tədbirlərini görürük. Çalışırıq ki, evdəki vaxtlarımızı səmərəli keçirək. Mütaliə edirik, filmlərə baxırıq. Ümid edirəm ki, bu bəla da tez bir müddətdə bitəcək və hər şey öz qaydasına düşəcək.

- Fransada hansı hallarda işləmək olar?

- O adamlar işləyə bilər ki, onların fəaliyyətini online şəkildə aparmaq mümkün deyil. Məsələn, həkimlər, polislər, taksilər, mağaza işçiləri, aptek işçiləri real işləməyə məcburdur. Yəni insanlar tamamilə küçəyə çıxmır desək, yalan olar. Çünki işləmək üçün evindən çıxıb gedənlər də olur.

“Belə çətin günlərdə dostlara daha çox ehtiyacı olur”

- Uşaqlarınız təhsili necə alır?

- Əlbəttə ki, məktəblərin bağlanması uşaqlara yaxşı təsir etmədi. Ancaq uşaqlara online şəkildə tapşırıqlar verirlər. Müəllimlər yanlarında olmasa da, təhsillərini davam etdirirlər. Özüm də çalışıram ki, bu müddətdə onlara nəyisə öyrədim.

- Fransada yaşayan azərbaycanlıların bu çətin dövrdə əlaqələri hansı səviyyədədir?

- Mənim Parisdə yaşayan soydaşlarımızla ünsiyyətim var. Mütəmadi olaraq onlarla canlı video, whatsapp vasitəsilə əlaqədə oluruq. Belə çətin günlərdə insanın öz ətrafında olan dostlara daha çox ehtiyacı olur.

- Paris Azərbaycan Evinin rəhbəri olan Mirvari Fətəliyeva koronavirusa yoluxub. Onun durumu necədir? Danışmısınızmı?

- Mirvari xanım bizim ailəvi dostumuzdur. Onunla hər gün əlaqədə oluruq, vəziyyəti yaxşıdır. Bildiyimə görə, bir çox azərbacanlı jurnalist onunla danışaraq vəziyyətini öyrənmək istəyir. Əvvəla onlara təşəkkürümü bildirirəm ki, Mirvari xanımla belə maraqlanırlar. Ancaq o hər kəsin zənginə cavab verəndə artıq istirahət edə bilmir. Ona görə də elə mən özüm bildirmək istərdim ki, Mirvari xanımın vəziyyəti yaxşıdır və onun bir az dincəlməyə ehtiyacı var.

“Koronavirusdan bir oçerk yazmaq istəyərəm”

- Koronavirus yaradıcılığınıza təsir edibmi? Üzərində işlədiyiniz kitablarla bağlı durum necədir?

- Virusun özü yaradıcılığa təsir etmir. Ancaq Fransanın düşdüyü bu vəziyyət yaradıcı adama təsir etməyə bilməz. Bu haqda daha yaxşı yaza bilərəm. Ancaq gözləyirəm ki, bütün bu hadisələr bitsin. Hazırda "Mixaylo"nun biblioqrafiyasını yazıb bitirirəm. Yəqin ki, bu tarixdə yazdığım üçün həmin biblioqrafiyaya təsiri olacaq. Ancaq virus bitəndən sonra bu hadisələri əks etdirən bir oçerk yazmaq istəyərəm.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Mərdəkanda tüfənglə atışma baş verdi: Yaralanan var








Sürücüyə xəsarət yetirilərək avtomobili qaçırıldı








Xızıda qanunsuz işləyən kafe aşkarlanıb -FOTO








Əri onu döydü deyə intihar etdi


Digər Müsahibə xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.