08 Mart 2021
21:30
![]() |
08
Mart 21:30
![]() Sədərək məktəbinin komandası şahmat üzrə onlayn yoldaşlıq görüşünün qalibi olub Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının, Sədərək Rayon Təhsil Şöbəsinin, Uşaq Gənclər Şahmat Məktəbinin və “Pakistan Akıl Sporları Satranc” Mərkəzinin birgə təşkilatçılığı ilə şahmat üzrə onlayn yoldaşlıq görüşü keçirilib. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, lichess.org platforması vasitəsilə baş tutan görüşdə Sədərək və Pakistan komandalarının hər birində 16 müxtəlif şahmatçı olmaqla, ümumilikdə, 32 şahmatçı şagird iştirak edib. Yevlax Şəhər Uşaq Gənclər Şahmat məktəbinin komandası isə qonaq qismində 16 müxtəlif dərəcəli şahmatçı şagird ilə təmsil olunub. Şagirdlərin maraqla iştirak etdikləri mübarizədən Sədərək Rayon Uşaq Gənclər Şahmat məktəbinin komandası xal hesabı ilə qalib ayrılıb. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
İmişlidə 26 yaşlı gənc intihar etdi
Abşeronda avtomobil piyadanı vurdu
Bakıda 43 yaşlı kişi bıçaqlandı
Bakıda özünü dənizə atan şəxs xilas edilib
|
|