XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



08 Mart
2021
23:00
568
08
Mart
23:00



Yaponiya hökuməti “Fukusima-1” AES ətrafında təxliyə tədbirlərini sadələşdirib

Martın 8-də Yaponiya hökuməti dezinfeksiya işləri nəticəsində radiasiyanın səviyyəsi aşağı düşdüyünə görə “Fukusima-1” AES-in yerləşdiyi Okuma şəhərində tətbiq olunan təxliyə tədbirlərini sadələşdirib.

 XeberOxu.Az Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bundan sonra sakinlər təqribən 320 hektar əraziyə daxil ola və oranı tərk edə bilərlər. Lakin təxliyə barədə qərar hələ qüvvədə olduğuna görə, sakinlər burada yaşaya və gecələyə bilməzlər.

Ərazini yoldan ayıran qapılar səhər saat 9-da açıldıqdan sonra yerli sakinlərin avtomobillərdə şəhərə daxil olduğu müşahidə edilib. Əraziyə daxil olma barədə qadağa işarəsi də qapının qarşısından götürülüb.

Bildirilir ki, şəhərə sakinlərin gəlişinə və onların burada gecələməsinə payızda icazə verilməsi nəzərdə tutulur. Həmin vaxtadək buradakı evlərin və infrastrukturun bərpa olunması planlaşdırılır.

Qeyd edilir ki, 2011-ci ilin martında “Fukusima-1” AES-də baş vermiş qəzadan sonra şəhər əhalisi ərazidən təxliyə edilib.


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Mərdəkanda tüfənglə atışma baş verdi: Yaralanan var








Sürücüyə xəsarət yetirilərək avtomobili qaçırıldı








Xızıda qanunsuz işləyən kafe aşkarlanıb -FOTO








Əri onu döydü deyə intihar etdi


Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.