08 Mart 2021
21:45
![]() |
08
Mart 21:45
![]() Ekvatorial Qvineyadakı partlayışlar nəticəsində ölənlərin sayı 30-a çatıb – VİDEO Ekvatorial Qvineyada baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı 30-a çatıb. Bu barədə “France-Presse” xəbər verir. Ölkənin iqtisadi mərkəzi sayılan Bata şəhərindəki hərbi anbarda baş vermiş hadisədə 600 nəfərin yaralandığı bildirilir. Xatırladaq ki, dünən axşam saatlarında Nkoa Ntoma hərbi bazası ərazisində 4 güclü partlayış qeydə alınıb. Televiziya ilə əhaliyə müraciət edən ölkə prezidenti Teodoro Obianq Nqema Mbasaqo hadisənin dinamitlə ehtiyatsız davranış nəticəsində baş veridiyini bildirib. O, hərbi bazanın personalını diqqətsizlikdə ittiham edib. Prezident həmçinin dünya ictimaiyyətinə müraciət edərək yardım istəyib. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Mərdəkanda tüfənglə atışma baş verdi: Yaralanan var
Sürücüyə xəsarət yetirilərək avtomobili qaçırıldı
Xızıda qanunsuz işləyən kafe aşkarlanıb -FOTO
Əri onu döydü deyə intihar etdi
|