08 Mart 2021
23:35
![]() |
08
Mart 23:35
![]() Gürcüstanda yeparxiyada dava zamanı 10 nəfər eyvandan yıxılıb Gürcüstanın Martvili şəhərindəki Çkondid yeparxiyasında baş verən dava zamanı on nəfər eyvandan yıxılıb, onlardan altısı xəsarət alıb. Xeberoxu.Az “Rustavi 2” telekanalına istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi hadisəni araşdırmağa başlayıb. Məlumata görə, yeni hakim mitropolit Stefanın sədrliyi ilə keçirilən qapalı iclasda ruhanilər arasında yaranmış mübahisə dava ilə bitib. Çkondid və Martvilinin yeni mitropoliti vladıka Stefan iki dyankon üzrə baş kahinlərin təyin edilməsini təxirə saldı, bundan sonra yeparxiya xadimləri arasında qarşıdurma yaranıb. Bundan sonra kilsə və pastva xadimləri münasibətlərə aydınlıq gətirmək istəyiblər və qarşıdurma binanın ikinci mərtəbəsinin eyvanında davam edib. Nəticədə taxta dirəklər sınıb və oradakılar yerə yıxılıb. Xəsarət alanların arasında Gürcüstan telekanallarının jurnalistləri və operatorları da olub. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Mərdəkanda tüfənglə atışma baş verdi: Yaralanan var
Sürücüyə xəsarət yetirilərək avtomobili qaçırıldı
Xızıda qanunsuz işləyən kafe aşkarlanıb -FOTO
Əri onu döydü deyə intihar etdi
|