XEBEROXU.AZ
Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



30 Sen
2022
23:03
811
30
Sen
23:03



"Heç vaxt bu dünyanın adamı olmayıb"
Xəbər verdiyimiz kimi, müğənni-bəstəkar Rəhim Rəhimli gecə saatlarında vəfat edib.

Hazırda mərhumu son mənzilə yola salmaq üçün dostları və yaxınları evinə toplaşıb. 

Xeberoxu.Az xəbər verir ki, müğənni-bəstəkar Murad Arif Axşam.az-a açıqlama verərək ifaçı ilə bağlı xatirələrini bölüşüb:

"Belə məqamlarda o qədər şey yada düşür ki... Ağlıma ilk gələn o oldu ki, geyinib buraya gəlim. Elə qəribə insan idi ki, belə bir gündə də müsahibələrini dinlətdirib, güldürməyi bacarır. Uşaq qəlbli insan idi, heç vaxt bu dünyanın adamı olmayıb. Onu heç vaxt sona qədər anlamadıq. Layiq olduğu dəyəri almadı. 

Dəstəyə ehtiyacı olan gənc görən kimi mahnısını verirdi, ya yazırdı, təmənnasız. Hər kəsə dəstək olurdu, kimisə proqramda görürdü, əlaqə nömrələrini istəyirdi, verilişlərinə çağırırdı. Mahnılarını da onlara təmənnasız verirdi".

Qeyd edək ki, R.Rəhimli ürəktutmadan dünyasını dəyişib. O, bu gün saat 12:00-da Bülbülə qəbiristanlığında dəfn olunacaq.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər MAQAZİN xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.