XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



03 May
2021
15:19
745
03
May
15:19



Hərbi səbəblərlə əlaqəli daha 9 nəfərin əlillik statusu ləğv edildi- FOTO

Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş müddətli əlilliklərinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərindəki diaqnozlarda ziddiyyətlər aşkar edilən 18 şəxs də əyani müayinə əsasında qiymətləndirməyə cəlb olunub.

Bu barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarət komissiya həmin şəxslərin əlillik sənədləri ilə bərabər, mövcud sağlamlıq vəziyyətlərinin də əlillik təyinatına uyğun olub-olmadığını araşdırıb.

Əyani müayinəsi aparılmış 18 nəfərdən 9 nəfərin (50%) xəstəlik diaqnozlarının və sağlamlıq vəziyyətlərinin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub. Bu səbəbdən onlara təkrar əlillik təyin olunmasından imtina qərarı verilib.

Əyani müayinələrdə qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı təmin edilir. Bu dəfəki müayinədə Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev iştirak edib. Aparılan işlərin əsas məqsədi bu istiqamətdə də əlillik təyinatlarının tam şəffaflaşdırılması, saxta əlillik təyinatlarının ləğv edilməsidir.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Paytaxtda avtomobillər toqquşdu, xəsarət alanlar var








Qazax sakinində narkotik aşkarlandı








Paytaxtda avtomobillər toqquşdu, xəsarət alanlar var








Balakəndə intihara cəhd edən şəxs Bakıya gətirilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]

Яндекс.Метрика




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.