Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



15 Sen
2020
20:29
1844
15
Sen
20:29



Heydər Əliyev Fondu tərəfindən Tovuz, Qazax, Salyan və Neftçala rayonlarında inşa və təmir edilən təhsil müəssisələri istifadəyə verilib

Heydər Əliyev Fondu fəaliyyətində təhsil sahəsini hər zaman diqqətdə saxlayır, bu sahədə müxtəlif layihələr və proqramlar icra etməklə təhsilin inkişafına öz töhfəsini verir.

XeberOxu.Az Tovuz, Qazax, Salyan və Neftçalada yeni istifadəyə verilən məktəb və məktəbəqədər təhsil müəssisələrinin açılışından xəbərləri təqdim edir.

Tovuz

Sentyabrın 15-də Tovuz rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən Ş.İ.Xətai adına Köhnəqala kənd orta məktəbin binasının əsaslı təmirdən sonra açılışı olub.

Tədbirdə iştirak edən Təhsil naziri Emin Əmrullayev və Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov əvvəlcə Tovuz şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsini ziyarət ediblər.

Sonra məktəb binası ilə tanışlıq olub. Məlumat verilib ki, 1980-ci ildə istifadəyə verilmiş Köhnəqala kənd orta məktəbinin binası köhnəlmiş və qəzalı vəziyyətə düşmüşdü. Məktəbin 624 şagird yerlik yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub. Bina 2 mərtəbəli 4 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib. Məktəb binasında 27 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim və tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası da var.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Tovuz şəhəri A.Qasımov adına tam orta məktəbin əsaslı təmirdən sonra açılışı zamanı isə diqqətə çatdırılıb ki, məktəb binası 90 il bundan əvvəl tikilmişdi və qəzalı vəziyyətdə idi.

Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuş 624 şagird yerlik yeni məktəb binası sentyabrın 15-də istifadəyə verilib. Məktəb 3 mərtəbəli tədris korpusundan, idman zalından ibarətdir. Zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. 21 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim və tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana və akt zalı, məktəbin ərazisində idman zalı var. Məktəbin həyətyanı ərazisində abadlıq, yaşıllaşdırma işləri aparılıb.

Daha sonra Tovuz rayonu Dondar Quşçu kənd tam orta məktəbinin əsaslı təmirdən sonra istifadəyə verilməsi mərasimi olub.

Məlumat verilib ki, 1984-cü ildə orta məktəbin inşa olunmuş 2 mərtəbəli binası ötən illər ərzində fiziki köhnəlmişdi.

Heydər Əliyev Fondu tərəfindən 620 şagird yerlik məktəbin təmirinə 2019-cu ilin sonlarında başlanılıb. Təmir işləri 2020-ci ilin avqust ayında yekunlaşıb. Məktəbin ümumi ərazisi 1,5 hektar sahəni əhatə edir.

İkimərtəbəli məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı və idman zalı var. Məktəb otaqları zəruri mebel və avadanlıqlarla tam təchiz edilib.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, asfalt və qazon örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib.

Qazax

Həmin gün Qazax rayonu İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbi də əsaslı təmirdən sonra istifadəyə verilib.

Əvvəlcə Qazax şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsi ziyarət edilib.

Kosalar kənd tam orta məktəbinin yeni binası ilə tanışlıq zamanı bildirilib ki, məktəb 1987-ci ildə tikilib. Fiziki köhnəlmə nəticəsində binada əsaslı təmirə ehtiyac yaranmışdı.

Heydər Əliyev Fondu tərəfindən 2019-cu ilin iyun ayının sonlarında 1176 şagird yerlik məktəbdə əsaslı təmirə başlanılıb. Əsaslı təmir işləri 2020-ci ilin iyun ayının sonlarında yekunlaşıb. Məktəb iki korpusdan ibarətdir. Birinci korpus üç mərtəbəli, ikinci korpus iki mərtəbəlidir. Zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.

30 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, hərbi təlim, tibb və əmək təlimi otaqları, elektron kitabxana, akt zalı, idman zalı və 2 açıq idman meydançası, güləş zalı var.

Salyan

Salyanın Aşağı Kürkənd kəndində yeni məktəb binası istifadəyə verilib. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən təhsil ocağı 360 şagird yerlikdir.

Məktəbin direktoru Sitarə Təhməzova bildirib ki, Azər Əliyev adına Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbi 1949-cu ildə tikilib və birmərtəbəli binada fəaliyyət göstərib. Ötən müddətdə məktəbin binası fiziki köhnəlmədən qəzalı vəziyyətdə olub. Son illər binada cari təmir işləri aparılsa da, müasir standartlara cavab vermirdi. İstilik sistemi, işıqlandırma normal olmadığı üçün tədrisə öz mənfi təsirini göstərirdi.

Bu məqsədlə Heydər Əliyev Fondu tərəfindən yeni 360 şagird yerlik məktəbin inşası həyata keçirilib. Üçmərtəbəli bina 3 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib. 360 şagird yerlik binada 20 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Məktəb binasının açılışında Heydər Əliyev Fondunun nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşları iştirak ediblər. Yeni istifadəyə verilən bina ilə tanışlıq olub, həmçinin şagirdlərlə görüş keçirilib, onlara dərs ləvazimatlarından ibarət hədiyyələr verilib.

Məktəb direktoru göstərilən diqqət və qayğıya, məktəb üçün inşa edilən yeni binaya görə kollektiv və valideynlər adından Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Salyanda yenidən inşa edilərək istifadəyə verilən digər təhsil ocağı isə Salyan şəhər 9 saylı körpələr evi-uşaq bağçasıdır.

1975-ci ildə inşa olunan uşaq bağçası uyğunlaşdırılmış binada fəaliyyət göstərib. İstifadəyə yararsız vəziyyətə düşən körpələr evi-uşaq bağçası üçün Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa edilərək istifadəyə verilib.

Bağçanın müdiri Püstə Hacıyeva bildirib ki, əvvəllər tədris keçilən bina birmərtəbəli və 40 yerlik idi. Bina köhnə olduğu üçün bir sıra çətinliklər yaranırdı. Lakin Heydər Əliyev Fondunun dəstəyi ilə qısa müddətdə 60 yerlik ikimərtəbəli bina inşa olunub. Bağçada yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, anbar, tibb otağı, camaşırxana və digər inzibati və texniki otaqlar mövcuddur.

Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb.

Yeni istifadəyə verilən binada yaradılan şəraitə baxış keçirilib.

Neftçala

Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilən Neftçala rayon Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam orta məktəbi sentyabrın 15-də istifadəyə verilib.

Məktəb direktoru Cəmaləddin Gözəlov bildirib ki, məktəbin binası 1988-ci ildə inşa olunduğundan qəzalı vəziyyətdə idi. Bina istifadə müddətini başa vurduğu üçün istilik sistemi sarıdan da çətinliklər olurdu. Həmçinin otaqların işıqlandırma sistemi zəif olduğu üçün tədrisdə problemlər yaranırdı. Lakin qəzalı vəziyyətə düşən məktəbin binası Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. Bina 4 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.

864 şagird yerlik məktəbdə 38 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, iki informatika otağı, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası da var. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

İstifadəyə verilən binada yaradılan şəraitə baxış keçirilib. Məktəb direktoru təhsil ocağında yaradılan şəraitə görə pedaqoji kollektiv və qəsəbə sakinləri adından Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə edib.

Xıllı qəsəbə sakini Rauf Əliyev də qəsəbədə məktəb binasının əsaslı təmir olunmasını ölkəmizdə təhsil infrastrukturunun gücləndirilməsi istiqamətində atılan addımların bariz nümunəsi olduğunu vurğulayıb. O, köhnə binanın tədrisə də mənfi təsir göstərdiyini bildirib. “Amma artıq qəsəbəmizin şagirdləri əsaslı təmir olunan məktəb binasında təhsil alacaqlar. Bu, tədrisə də öz müsbət töhfəsini verəcək. Yaradılan şəraitə görə bu işdə əziyyəti keçənlərə minnətdarlığımızı bildiririk”, - deyə o qeyd edib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb







Cəlilabadda fərdi ev yanıb







Bakıda bərbərxana yanıb







Bərdə rayonunun Körpüsındıran kəndində yanğın baş verib.


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.