Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Iyul
2019
14:09
675

14
Iyul
14:09



Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb

Heydər Əliyev Fondunun, Fransadakı səfirliyimizin və Kann şəhər meriyasının təşkilatçılığı ilə dünya şəhəri adlandırılan Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb.

Heydər Əliyev Fondunun Kann Festivallar və Konqreslər Sarayı yaxınlığındakı “Dəniz Vağzalı” (Gare maritime) sərgi pavilyonunda “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisinin açılışı olub.

Sərginin açılışında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Kann şəhər merinin müavini Frank Şıkli çıxış ediblər.

Anar Ələkbərov Heydər Əliyev Fondunun fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında məlumat verib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunu prezidenti Mehriban Əliyevanın mədəniyyətimizin dünyada tanıdılması istiqamətində verdiyi töhfələrdən danışıb. O, Fondun müxtəlif ölkələrdə, eləcə də Fransada həyata keçirdiyi irimiqyaslı humanitar, sosial layihələrdən və tarixi abidələrin restavrasiyasına verdiyi töhfələrdən söz açıb. İcraçı direktor Azərbaycan xalçaçılıq məktəbinə, onun tarixinə toxunaraq bu sərginin böyük əhəmiyyət daşıdığını qeyd edib.

“Bir neçə gün əvvəl Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. Sessiyada ölkəmiz üçün çox mühüm bir qərar qəbul edildi. Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Bu gün Kann şəhərində təqdim edilən sərgidə də məhz Şəki xalçaçılıq məktəbi təqdim olunur. Fondun iki ildən çox müddətdəki zəhmətinin bəhrəsi olan bu sərgidə Xalq rəssamı Eldar Mikayılzadənin Azərbaycan xalçalarının Şəki qrupundan olan 13 xalça və xalça eskizləri nümayiş olunur”, - deyə A.Ələkbərov vurğulayıb. O, sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə, o cümlədən sərgilənən xalçaları ərsəyə gətirən toxuculara, Kann şəhər meriyasının əməkdaşlarına təşəkkürünü bildirib.

Kannda artıq ənənəyə çevrilmiş Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətinə toxunan Frank Şıkli bildirib ki, mədəniyyət xəzinəmizin yaxından tanınmasını təşviq edən belə layihələr hər iki xalqın daha da yaxınlaşmasına, ikitərəfli münasibətlərin zənginləşməsinə töhfə verir. O, ölkəmizdə qədim köklərə malik ənənəmizin qorunub saxlanılmasına göstərilən qayğı və diqqətin şahidi olduğunu bildirib. Frank Şıkli Bakının ənənə və innovasiyaların vəhdəti olduğunu vurğulayıb.

Qeyd edək ki, “Dəniz vağzalı” pavilyonunda təşkil edilmiş “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgidə xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin Şəki qrupuna aid 13 xalça eskizi, onların əsasında toxunan xalçalar və texniki rəsmlər nümayiş etdirilir. E.Mikayılzadə yeni Şəki qrupuna aid xalça eskizlərində Şəki Xan Sarayı və Şəkixanovlar evindəki divar rəsmlərinə, şəbəkələrə müraciət edib.

Avqustun 18-dək davam edəcək sərgi çərçivəsində bu layihəyə həsr edilmiş fransız və ingilis dillərində kataloq ziyarətçilərə təqdim olunacaq. Sərgiyə baxmağa gələn Kann şəhərinin sakinləri və turistləri layihənin hazırlanmasına dair sənədli filmlə də tanış ola biləcəklər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul







AMEA-da "Azərbaycan və Çin Böyük İpək Yolunda" mövzusunda dəyirmi masa keçirildi


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az