Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 Avq
2019
08:50
564

15
Avq
08:50




Messi Neymardan Real-a keçməməyi xahiş etdi

İspaniyanın Barcelona klubunun futbolçusu Lionel Messi Fransa PSG-sinin hücumçusu Neymarın transferi ilə bağlı danışıqlara qoşulub. 

XeberOxu.az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, argentinalı forvard braziliyalı oyunçuya zəng edib. O, Neymardan Real Madrid-ə keçməməyi və "Barca"ya qayıtmağı xahiş edib. 

Daha əvvəl Neymar uğrunda mübarizədə "kral klubu"nun öndə olduğuna dair xəbər yayılıb. Bu məlumat PSG-nin Kataloniya təmsilçisi ilə münasibətlərinin pisləşməsi ilə əlaqələndirilib. 

Qeyd edək ki, Neymar Barcelona-da 2013 - 2017-ci illərdə forma geyinib. 27 yaşlı hücumçu ötən mövsüm PSG-də 28 oyunda 23 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Paris klubu ilə müqaviləsi 30 iyun 2022-ci ilədək qüvvədədir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə - FOTO







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az