Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



25 Iyun
2019
11:53
2169

25
Iyun
11:53



III Respublika Xalq Teatrları Festivalı başa çatdı

İyunun 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında III Respublika Xalq Teatrları Festivalının bağlanışı və qalib kollektivlərin mükafatlandırılması mərasimi keçirilib.

Mədəniyyət Nazirliyindən XeberOxu.az-a verilən məlumata görə, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov və teatr ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə səhnəyə Bakı şəhərində və respublikanın bölgələrində keçirilmiş baxış-seçim mərhələsində uğur qazanaraq III Respublika Xalq Teatrları Festivalında iştirak edən kollektivlər və münsiflər heyətinin üzvləri çıxıb.

Sonra baxış-seçim mərhələsini əks etdirən videoçarx nümayiş olunub.

Münsiflər heyətinin sədri, Əməkdar artist Loğman Kərimov çıxış edərək festival haqqında söz açdı. Qeyd etdi ki, iyunun 23-24-də III Respublika Xalq Teatrları Festivalının final mərhələsi Bakı şəhərində keçirilib. Bu ilin aprel ayı ərzində festivalın Bakıda və respublikanın bölgələrində keçirilmiş baxış-seçim mərhələsində uğur qazanmış 13 kollektiv (İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları) həlledici mərhələdə iştirak imkanı əldə ediblər.

Festivalın final mərhələsində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında doqquz, Dövlət Gənc Tamaşaçılar Teatrında isə 4 tamaşa nümayiş olunub.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan teatrının yarandığı dövrdən uğurlarla müşayiət olunan zəngin bir yol keçdiyini deyib: “Azərbaycan teatrları uzun illər ərzində xeyli uğurlu tamaşalar, layihələr həyata keçirib. Böyük səhnə xadimlərimiz yetişib. O insanlar Azərbaycan xalqının mədəni həyatının inkişafına böyük töhfələr verərək adlarını mədəniyyət tariximizə qızıl hərflərlə yazdırıblar. Bütün bunların əsasında xalqımızın istedadı və yaradıcılıq potensialı dayanır”.

Nazir ölkə mədəniyyətinin, incəsənətinin bu gün də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin mədəniyyətinə, incəsənətinə və teatrlarının inkişafına xüsusi diqqət və qayğı göstərilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyəti ölkə hüdudlarını aşaraq dünya miqyasında geniş təbliğ olunur.

Əbülfəs Qarayev III Respublika Xalq Teatrları Festivalının əhəmiyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, bu gün dövlət teatrları ilə yanaşı, uğurla fəaliyyət göstərən bir sıra xalq teatrları da var. Onlar maraqlı tamaşalar, diqqətəlayiq layihələr ortaya qoyurlar. Nazir ümidvar olduğunu bildirib ki, iki ay ərzində keçirilən bu festival ölkəmizin teatr sənətinin gələcək inkişafına öz töhfələrini verəcək.

Daha sonra festivalın qaliblərinə mükafatlar təqdim olundu. Şabran rayon Xalq Teatrı festivalın qalibi elan olunub. II yerə Cəlilabad, Şərur, III yerə isə Mərdəkan, Zaqatala və Yevlax xalq teatrları layiq görülüb. Həmçinin festivalın digər iştirakçı kollektivlərinə müxtəlif nominasiyalarda Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.

Sonda Şabran rayon Xalq teatrının ifasında tamaşa nümayiş edilib.

Qeyd edək ki, ölkəmizdə ümumilikdə 39 xalq teatrı kollektivi fəaliyyət göstərir. Əhalinin asudə vaxtının təmin olunması, istedadlı şəxslərin yetişdirilməsi, onların bədii yaradıcılığının inkişaf etdirilməsində bu kollektivlərin əhəmiyyətli rolu var.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az