# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
14:54
5920

22
May
14:54



Jurnalist ölümlə hədələndi - DİN hərəkətə keçdi!

“Reaksiya” TV-nin rəhbəri Zaur Qəriboğlu ötən gün sosial şəbəkə hesabında “Etibar Məmmədov” adlı profilin sahibi tərəfindən ölümlə hədələndiyini bəyan edib.

Z.Qəriboğlu bununla bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etdiyini açıqlayıb. Məsələnin nə yerdə olması ilə bağlı Zaur Qəriboğlu ilə əlaqə saxladıq.

XeberOxu.Az konkret.az-a istinasən xəbər verir ki, Z.Qəriboğlu cebhe.info-ya açıqlamasında Daxili İşlər Nazirliyinin hadisəni nəzarətə götürdüyünü deyib:

“Bizim “Facebook” hesabına yazmışdı. Əməkdaşlar da ona cavab vermişdi. Sonra telefon verib ki, zəng edək. Mənə də mesajları göstərdilər, oxudum, o adama zəng etdim. Elə birbaşa söyüşlə başladı. Məndə səsyazısı var. Artıq Daxili İşlər Nazirliyi səviyyəsində məsələ müdaxilə olunub. Bu gün saat 14:00-da Baş Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində rəis Əbülfət Rzayevin qəbulunda olacağam. Adam kimdirsə, ünvanına, telefonuna kimi deyib. Yəqin ki, tədbir görüləcək. Bəlkə də artıq tədbir görülüb, amma mən bilmirəm”.

Z.Qəriboğlu ilk dəfədir ki, belə bir təhdid aldığını deyib:

“Biz iki ilə yaxındır ki, fəaliyyət göstəririk, ilk dəfədir belə təhdid alırıq. Azərbaycan hakimiyyəti tərəfindən heç vaxt təhdidlə qarşılaşmamışıq. İcra başçıları səviyyəsində nələrsə deyilib, amma bu da təhdid olmayıb. Sadəcə, niyə bizdən danışırsız və s. kimi iradlar olub. Amma bu, çox ciddi təhdid idi”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu gün Rusiyadan daha 175 azərbaycanlı vətənə gətirilir







Lənkəranda zəlzələ oldu - Yenilənib







Tələbələrə şad xəbər, imtahanlarda bu güzəştlər ediləcək







Öhdəsində azyaşlı uşağı olan bu şəxslərə vacib xəbər!


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.